Icma.az
close
up
RU
Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib

Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə İran və ABŞ arasında vasitəçilik missiyasını həyata keçirə bilər. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Demək olar ki, Ankara artıq vasitəçiliyə başlayır. Artıq İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir. Bu təmaslar Ankaranın prosesdə aktiv rol almaq niyyətindən xəbər verir.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, hazırda ABŞ və İran öz mövqelərində qalır, tərəflərin geri çəkilmək niyyəti yoxdur. Mövcud vəziyyət bir növ Donald Tramp və Əli Xameneinin şəxsi nüfuz mübarizəsinə çevrilib. Görünür, İran prezidenti Məsud Pezeşkian R. T. Ərdoğanla əlaqə saxlayaraq Vaşinqtonla vasitəçilik etməsini xahiş edib.

Türkiyənin əsas şərti ondan ibarətdir ki, birinci mərhələdə nüvə proqramı ilə bağlı razılıq əldə olunsun, növbəti mərhələdə isə raket proqramı və digər mübahisəli məsələlər üzrə danışıqlara başlanılsın. Ankara hesab edir ki, mərhələli yanaşma böhranın idarəolunan müstəvidə saxlanılmasına imkan verə bilər:

"Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər. İranın xarici işlər nazirinin Türkiyədə aparacağı danışıqlar Tehran ətrafında gedən proseslərə ciddi təsir göstərəcək. Artıq Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib və İranın mövcud vəziyyətdən çıxmasında həlledici rol oynaya bilər.

Əgər İran rəsmiləri məsələlərə praqmatik yanaşarsa, böhran danışıqlar yolu ilə həll edilə bilər. ABŞ-ın əsas tələbi İran rejiminin açılım siyasətinə getməsi və regional ambisiyalarından imtina etməsidir. Vaşinqtonun strateji planı İranda rejim dəyişikliyini hədəfləsə də, İran hakimiyyəti daxili struktur islahatlarına və davranış dəyişikliyinə gedərsə, hərbi qarşıdurma ən azı təxirə salına bilər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri