Icma.az
close
up
RU
“Dəmir qanadlı” şahin

“Dəmir qanadlı” şahin

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Şəhid polkovnik-leytenant Ramiz Qasımov Hərbi Hava Qüvvələrinin ən bacarıqlı uçuş heyəti komandirlərindən biri olub. Vətən müharibəsinin ilk günündə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüş tapşırığını yerinə yetirərkən düşmən üzərinə əks–hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə–Tərtər istiqamətində düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, dığaların başına od yağdırıb. Göstərdiyi qəhrəmanlığa, igidlik və mərdliyə görə ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan rayonunda anadan olub. 1992-ci ildə orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Məktəbini “Hava hücumundan müdafiə” ixtisası üzrə bitirib. Hərbi Hava Qüvvələrində vertolyot eskadrilyasının axtarış-xilasetmə xidməti aviasiya manqasının şturmanı vəzifəsindən aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini – bölmə rəisi vəzifəsinədək yüksəlib.

2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşlərində iştirak edərək döyüş uçuşunu uğurla həyata keçirib. HHQ-nin döyüş salnaməsinə parlaq səhifələr yazıb. Yüksək “Snayper” dərəcəsinə yüksəlmiş təlimatçı və sınaqçı pilot olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin veteranı kimi bir çox milli təyyarəçi kadrların yetişməsində əvəzsiz xidmətlər göstərib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, yüksək mənəvi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət kimi fərqlənib.

...Tərxis olunmasına az qaldığı üçün dostlarına deyirdi ki, kaş, qisas qiyamətə qalmasın. Atamın öyüdü bu olub ki, döyüşək və qələbədə mənim də payım olsun. Nəhayət, arzusu baş tutdu. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə polkovnik-leytenant Ramiz Qasımov ekipajı ilə birlikdə Ağdərə–Tərtər istiqamətində döyüş əməliyyatlarında düşmənə çox ciddi itkilər verdi. Lakin bu zaman onun idarə etdiyi vertolyot vuruldu. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan “atılma” əmrini verdi. Özü isə yaralanmasına baxmayaraq, üzərində olduğu Azad Qaraqoyunlu kəndinin 1500 nəfərlik mülki əhalisinin zərər çəkməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə yönləndirdi. Son anda paraşütlə atılsa da, başından ağır zərbə aldı. Hospitalda koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də gözlərini əbədi yumdu.

Beləcə, “Usta” pilot döyüşlərdə 1 günlük də olsa, cövlan edə, Vətən səmasına son “avtoqraf”ını yaza bildi. Artıq 5 ildir ki, onun ruhu göylərdə pərvaz edir.

Bakıda Ramiz Qasımovun adını daşıyan 216 nömrəli Qala kənd tam orta məktəbində “Səmadakı qəhrəman” adlı anım mərasimindən əvvəl şəhidin övladı Gülanə Qasımlının rəsm əsərlərindən ibarət sərgiyə baxanlar xeyli kövrəldilər. O, atasının obrazını da canlandırmışdı.

Şəhidin qızı Gülanə:

– Atam məni rəssam kimi görmək istəyirdi. Çəkdiyim rəsmləri çox bəyənirdi, hətta mənə rəssamlıq ləvazimatları da almışdı. Atamın doğum günündə onun rəsmlərini çəkib hədiyyə etmişdim. Nə yaxşı ki, elə bir qəhrəmanın qızıyam. Çox heyif, o, bu gün bizim yanımızda deyil. Yoxluğunu qəbul etmək çətindir. Vətən sağ olsun. Atama və bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Həyat yoldaşı Günel xanım:

– Ramiz Vətənə və hərbiyə bütün varlığı ilə bağlı idi. Qızlarımız Gülay və Gülanəni, oğlumuz Vaqifi hamıdan çox istəyirdi. Vaqifin onun yolunu davam etməsini arzulayırdı. Ramizin işi ilə bağlı çətinlikləri gördüyümə görə bu məsələdə tərəddüd edirdim. O isə deyirdi ki, yox, Vaqif mütləq hərbi pilot olmalıdır. Mən onun arzusunu yerinə yetirəcəyəm. Bu yolda Vaqifə dəstək olacağam. Əminəm ki, bu, Ramizin ruhuna əyan olacaq.

Oğlu Vaqif:

– Bəli, atam məni hərbi pilot kimi görmək istəyib. Onun arzusunu yerinə yetirəcəyəm. O, bizi çox sevirdi, özü ilə gəzdirirdi. Atamın helikopterini görmüşdüm. Məni onunla tanış edirdi ki, böyüyəndə pilot olum.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri