Icma.az
close
up
RU
“Dəmir yolu ilə hərəkət hamıya əlçatan olacaq və təkmil şəkildə insanlara xidmət edəcək” RƏY

“Dəmir yolu ilə hərəkət hamıya əlçatan olacaq və təkmil şəkildə insanlara xidmət edəcək” RƏY

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında növbəti 5 ildə dəmiryol sahəsində görüləcək işlər də açıqlanıb. Belə ki, Dövlət Proqramında Bakı–Xırdalan–Sumqayıt, Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulub. Eləcə də Bakıxanov−Binə−Qala, Zabrat−Maştağa−Bağlar, Yeni Suraxanı−Hövsan və Güzdək−Qaradağ xətlərinin bərpası məsələsi də Dövlət Proqramında yer alıb. Bundan əlavə 20 ədəd sərnişin qatarının alınması da Dövlət Proqramında dəmiryolu sahəsində həyata keçirilməsi nəzərdə tutulan əsas məsələlərdəndir. Təbii ki, bütün bunlar sərnişinlərin daha rahat və təhlükəsiz şəraitdə mənzil başına çatması üçün dövlət tərəfindən həyata keçirilən növbəti tədbirlərdən biridir.

Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı yol nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, insanların rahatlığının təmin olunmasına hesablanıb.

Onun sözlərinə görə, son 30 ildə Azərbaycanın əhalisi sürətlə artaraq 10 milyon nəfəri ötüb. O cümlədən, Bakı və şəhərətrafı ərazilərdə yaşayış məntəqələri inkişaf edib və əhalinin sıxlığı artıb:

“Bu da yol nəqliyyatı sahəsini müəyyən qədər çətinliklərlə üzləşdirib. Dövlət başçımızın imzaladığı Dövlət Proqramı yol infrastrukturu sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə və yol infrastrukturu ilə bağlı narahat doğuracaq məsələlərin həll olunmasına imkan verəcəkdir”.

Deputat söyləyib ki, proqramda nəzərdə tutulan istiqamətlərdən biri də dəmir yol infrastrukturunun müasirləşdirlməsidir: “Doğrudur, son illərdə ölkəmizdə 1500 km-dən çox dəmir yolları tikilib, 1800 km dəmir yolu təmir olunub, 90 km-dən uzun olan Abşeron dairəvi yolu yenidən qurularaq müasir qatarlar və vaqonlar alınıb istifadəyə verilib. O cümlədən, heç vaxt dəmir yolu olmayan Qəbələyə yeni yol çəkilib, Ağstafaya və Balakənə olan yollar təmir olunaraq qatarlar xətlərə buraxılıb”.

A.Badamov vurğulayıb ki,  yeni təsdiq olunmuş proqramda isə qarşıdan gələn 5 ildə Bakı və ətraf yaşayış məntəqələrini birləşdirən bütün dəmir yollarının yenidən qurulub bərpa edilməsi, xətlərin buraxılış qabiliyyətinin artırpılması, yeni vaqonların alınması, cərəyan xətlərinin təkmilləşdirlməsi, yeni stansiyaların inşa olunması və s. məsələlərin icrası nəzərdə tutulub:

“2030-cu ildə Bakı və ətraf ərazilərdə dəmir yolu ilə hərəkət hamıya əlçatan olacaq və təkmil şəkildə insanlara xidmət edəcəkdir. Təsdiq olunmuş proqram dövlət başçısının uzaqgörən siyasətinin göstəricisidir. Çünki Bakı və ətraf ərazilərin yol infrastrukturu indidən müasir çağırışlara cavab verən səviyyəyə gətirilməzsə, bir neçə ildən sonra yollarda hərəkət etmək ümumiyyətlə mümkün olmayacaqdır. Bu gün Azərbyacanın sürətli inkişafı ilə yanaşı yol infrastrukturu da müasirləşir ki, bu da iqtisadiyyat, mədəniyyət və rahatlıq deməkdir”.

Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, təsdiq olunan Dövlət Proqramında dəmir yolu ilə bağlı məsələlərin də yer alması bu sahənin daha da inkişafına gətirib çıxaracaq.

O, dəmir yolu sahəsi üzrə Dövlət Proqramında yer alan tədbirlərin icrasının çox zəruri və əhəmiyyətli olduğunu söyləyib: “Burada sırf dəmir yolu ilə əlaqədar iki tədbir mövcuddur. Birincisi, mövcud dəmir yolu xəttlərinin istismar keyfiyyətinin, istismar vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlərdir. Bu məsələlər icra olunduqdan sonra şəhərətrafı qatarların hərəkət sürəti də arta, təhlükəsizlik və dayanıqlılıq daha yüksək səviyyədə təmin oluna bilər. İkinci qrup tədbirlər isə, sovet dövründə mövcud olmuş xətlərin bərpası və onların müəyyən istiqamətlərdə bir qədər genişləndirilməsidir. Bu da müvafiq tələblərə uyğun qurulduqdan sonra Abşeron aqlomerasiyasında sərnişindaşımaları daha da yaxşılaşdırılacaq”.

Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə əsas hədəf Abşeron aqlomerasiyasında ictimai nəqliyyatın alternativ bir növü kimi şəhərətrafı daşımalarda dəmir yolunun imkanlarını genişləndirmək və insanların mobilliyində onun rolunu artırmaqdır:

“Dövlət Proqramında yer alan bu göstərilənlər həyata keçirildikdən sonra uğurlu hədəflərə çatmaq və müsbət nəticələrini görmək mümkün olacaq".

Eksper hesab edir ki, Güzdək-Qaradağ dəmir yolu xəttinin bərpası sırf yükdaşımalarına hesablanıb. Onun sözlərinə görə, vaxtilə orada daş karxanalarına qədər xətlər mövcud olub:

“Nəzərə alaq ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Rusiyadan Azərbaycana, ölkəmizdən İran İslam Respublikası istiqamətinə, hətta Gürcüstana dəmir yolu daşımaları mövcuddur. Bakı-Tbilisi-Qars yolu ilə Türkiyəyə daşımalar da mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see155

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see132

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see114

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri