Icma.az
close
up
RU
Güzəştli evlərin satışı niyə inamsızlıq yaradır? MİDA ilə bağlı maraqlı TƏKLİF

Güzəştli evlərin satışı niyə inamsızlıq yaradır? MİDA ilə bağlı maraqlı TƏKLİF

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki gün əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin satışı həyata keçirilib. Satış zamanı çoxsaylı istifadəçilər texniki problemlərlə üzləşdiklərini bildiriblər. Onların sözlərinə görə, sistemə daxil olmaq mümkün olmayıb və cəmi 1 dəqiqə ərzində bütün mənzillər tükənib.

Mənzilə real ehtiyacı olan vətəndaşlar satış mexanizmini ədalətsiz adlandırırlar. Onlar qeyd edirlər ki, elə şəxslər var ki, artıq 2-3 evi olmasına baxmayaraq, yenə də güzəştli şərtlərlə təqdim olunan mənzillər almağa çalışırlar. Narazılar qeyd edirlər ki, MİDA-nın mənzilləri "kasıblar üçün" nəzərdə tutulsa da, lakin bu imkanlardan çox az sayda ehtiyacı olan şəxs yararlana bilir.

Bəs MİDA necə etməlidir ki, mənzillər həqiqətən ehtiyacı olan şəxslərə çatsın?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, MİDA ölkə vətəndaşlarının yeni mənzil əldə etməsi üçün əlçatanlığı təmin etmək məqsədilə həyata keçirilən sosial layihədir və bu sosial layihə vasitəsilə il ərzində yüzlərlə vətəndaş mənzil əldə edir:

"Bu prosesin şəffaflığı ilə bağlı ictimaiyyətdə müəyyən şübhələrin olması doğrudur. Amma bu məsələnin araşdırılması və ya bu barədə hər hansı qərar verilməsi nə ictimaiyyətin, nə də ekspertlərin üzərinə düşür. Bu, yalnız və yalnız hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir mövzudur. Sadəcə ümumi ictimai narazılıqların səbəbləri barədə öz fikrimi bölüşərək bildirmək istəyirəm ki, qısa müddət ərzində satışın həyata keçirilməsi insanlarda sistemə, xüsusilə elektron sistemə qarşı müəyyən inamsızlıq yaradır. Müraciət edənlər bir neçə dəqiqə ərzində satışın tam başa çatmasını və bir çox müraciət edənlərin elektron sistemə daxil olmaq imkanının belə olmamasını əsas gətirirlər. Təbii ki, bu məsələ araşdırılmalıdır".

Müsahibimizin sözlərinə görə, bunun çıxış yolu var:

"Əgər 30 mindən çox vətəndaş müraciət edirsə və sistem yüklənirsə, 600-dən çox mənzili bir dəfəyə yox, hissə-hissə satışa çıxarmaq olar. Düşünürəm ki, hər dəfə təqribən 50 mənzilin satışa çıxarılması ilə sistemin yüklənməməsi və daha az müraciətin qəbul olunması təmin edilə bilər. Yaxşı olardı ki, mənzilə ehtiyacı olan şəxslərin siyahıya alınması həyata keçirilsin. Düzdür, bu, bir qədər köhnə üsuldur, sovet dövründən qalan bir sistemin nümunəsidir. Amma hazırkı narazılıqların və şübhələrin aradan qaldırılması üçün düşünürəm ki, alternativ çıxış yolu çox da görünmür. Siyahıya alınma və ictimai nəzarətin təmin olunması ilə mənzillərin ehtiyacı olan vətəndaşlara təqdim edilməsi və satılması daha məqsədəuyğun olar. İctimai nəzarəti xüsusi qeyd etməyimin səbəbi isə budur ki, bir çox hallarda bu kimi xidmətlərin vətəndaşlara və ya məmurlara buraxılması şəxsi mənafelərə xidmət edən hallar ilə yadda qala bilir. Ona görə də belə halların qarşısını almaq üçün ictimai nəzarətin təmin olunması vacib elementlərdən biridir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri