Icma.az
close
up
RU
“Dəmirçi ailəsi” niyə susur? BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR

“Dəmirçi ailəsi” niyə susur? BANKLA QALMAQALA SƏBƏB MƏZƏNNƏ SÖHBƏTİDİR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi,  Bakıda bir neçə plazanın  cəmləşdiyi – “AGA Group”un sahibi olan məşhur iş adamı Aydın Dəmirçi və onun varisi olan oğlu Qafar Dəmirçinin əmlaklarının  müsadirə olunacağı gözlənilir.

Qeyd edək ki, bununla bağlı xəbərdə söhbət illər əvvəl  “KredoBank”dan  illik 7 faizlə götürülmüş 5 milyon kreditdən gedir.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı həm Aydın Dəmirçi, həm də onun oğlu Qafar Dəmirçi ilə əlaqə saxlayıb.

Lakin hər iki şəxs bu barədə danışmaqdan imtina edib.

Görünür, “Dəmirçi ailəsi” problemi sakit formada həll etmək istəyir.

Adıçəkilən ailəyə yaxın mənbələr isə bildirir ki, Aydın Dəmirçi həmin krediti köhnə məzənnə ilə ödəmək istəsə də qarşı tərəf bunu qəbul etmir.

O zaman Azərbaycanda1 dolların dəyəri 0,78 qəpik idi.

Əvəzində Dərnəgül qəsəbəsində 0,29436 hektar torpaq sahəsində yerləşən, “Dəmirçi” şirkətinə məxsus 2632 kvadrat metrlik obyekt girov qoyulub. Bu barədə “Dəmirçi” şirkəti ilə ipoteka müqaviləsi bağlanıb.

Bundan başqa, borcun ödənilməsinin təminatı kimi, “City Plaza”nın Nizamnaməsində adı olan və hər birinin 50 faiz payı olan şəxslərin əmlakları, eləcə də plazanın yaxınlığında yerləşən və məhkəmə qərarı ilə ona aid olan Nəsimi rayonu, Bakıxanov prospekti, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə və Vəzirov küçələrinin əhatə dairəsində yerləşən 0,5449 hektar torpaq sahəsi ilə bağlı da ipoteka müqaviləsi bağlanıb.

2017-ci ilə qədər bağlanmalı olan kredit öhdəlikləri yerinə yetirilməyib.

Üstəlik, bankın özü də problemlərlə üzləşib. 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin qərarı ilə “KrеdоBаnk” ləğv еdilib.

Bankın ləğvedici təyin olunan Əmаnətlərin Sığоrtаlаnmаsı Fоndu krediti tələb etməyə başlayıb. Xəbərdarlıqlar nəticə verməyəndə isə 5 milyon manat əsas borc, 458 mindən çox faiz borcu, 431 min manat cərimə və s. olmaqla, ümumilikdə 6 milyon 599 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırılıb. Tələb olunub ki, iddia təmin olunsun və girov qoyulmuş əmlaklara yönəldilsin.

Qarşı tərəf bu tələblə razılaşmır. Bildirir ki, düzgün hesablama aparılmayıb. Məsələn, vaxtilə ödədikləri 2 milyon 300 min manata yaxın vəsait nəzərə alınmayıb – borcdan çıxılmayıb.

Məhkəmə borc hissəsində Əmanətlərin Sığortalanması Fondunun iddiasını haqlı sayıb, iddianı təmin edib. Yalnız dəbbə pulu ilə bağlı hissəni təmin etməyib. Əmlaklar məsələsində isə borcu “City Plaza” MMC-nin payçılarının əmlaklarına yönəltmək qərarı verib.

Bakıda “Demirçi Tower”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzlərinin daxil olduğu “AQA Şirkətlər Qrupu”nun sahibi olan Dəmirçi ailəsinin adı bir müddət əvvəl də qalmaqalda hallanmışdı. Holdinqin rəhbəri Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib, təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda ittiham edilərək həbs olunmuşdu.

39 yaşlı Qafar Dəmirçi bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılmışdı.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri