Icma.az
close
up
RU
Dəmiryolunda elektron xidmət portalı yaradılıb

Dəmiryolunda elektron xidmət portalı yaradılıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.

Qurumdan verilən məlumata görə, innovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır. Yeni rəqəmsal platforma həm fiziki, həm də hüquqi şəxslər üçün 5 xidmət istiqamətini əhatə edir. Vətəndaş müraciətlərinin elektron qəbulu istiqməti üzrə fiziki şəxslər fərdi müraciətlərini (şikayət, təklif və ərizə) elektron qaydada göndərə bilərlər. Bu xidmət hüquqi şəxslər isə öz təşkilatlarına aid rəsmi müraciətləri rahat şəkildə təqdim etmək imkanı yaradır.

Yük vaqonlarının planlı (depo və əsaslı) təmiri üçün müraciətlərin qəbulu istiqaməti üzrə isə istifadəçilər fərdi və ya şirkət mülkiyyətində olan vaqonlar üçün təmir və texniki xidmətlərdən yararlana bilərlər. Bu xidmət, həm də vaqon və qatarların istismar müddətinin uzadılmasına və təhlükəsizliyin artırılmasına töhfə verəcək. Yeni rəqəmsal platformanın əhatə etdiyi 3-cü istiqamət yük vaqonlarının yuyulması (deqazasiya edilməsi) üçün müraciətlərin qəbulunu nəzərdə tutur. Bu xidmətdən istifadə edən fiziki şəxslər fərdi mülkiyyətlərində olan vaqonlar üçün təmizlik xidmətindən yararlana bilərlər. Hüquqi şəxslər isə öz şirkətlərinə məxsus vaqon və qatarların texniki təmizlənməsi üçün müraciət edə bilərlər.

Digər bir istiqamət isə ümumi istifadəli dəmir yollarında müxtəlif səviyyələrdə mühəndis qurğu və kommunikasiyalarının keçirilməsinə dair texniki şərtin (razılığın) verilməsi üçün müraciətlərin qəbulunu nəzərdə tutur. Belə ki, fiziki şəxslər bu imkandan yararlanmaqla fərdi layihələri üçün texniki məsləhət və dəstək ala bilərlər. Hüquqi şəxslər və dövlət qurumları isə irimiqyaslı layihələrin planlaşdırılması və icrası üçün ekspert məsləhətləri əldə edə imkanı qazanırlar.

Yeni elektron xidmət portalının əhatə etdiyi sonuncu, 5-ci istiqamət dəmiryol infrastrukturunun tikili və qurğularının, o cümlədən dəmiryol xətlərinin tikintisi və yenidən qurulması işlərinin layihələndirməsi üzrə müraciətlərin qəbulu ilə bağlıdır. Portalın bu bölümündə şəxsi və kommersiya məqsədli tikinti layihələrinin hazırlanması və həyata keçirilməsi üçün məsləhət və texniki dəstək xidməti təqdim edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında o da bildirilir ki, xidmətlərdən istifadə etmək istəyən şəxs elektron portalda qeydiyyatdan keçməli, portaldakı hesabına daxil olaraq xidmət növünü seçməlidir. Daha sonra isə müvafiq forma açılır, istifadəçi həmin formanı doldurur, şəxsi məlumatların istifadəsinə razılıq verir və “göndər” düyməsini sıxır. İstifadəçi şəxsi kabinetdə “Müraciətlərim” bölməsində öz müraciətini və onun statuslarını görə bilir.

Qeyd edək ki, əvvəllər bu xidmətlər yalnız kağız daşıyıcılar üzərindən həyata keçirilirdi. Yeni sistem sayəsində isə fiziki və hüquqi şəxslər “Azərbaycan Dəmir Yolları”nın xidmətlərinə müraciət etmək üçün ofislərə getməyə, kağız sənədlər təqdim etməyə ehtiyac duymayacaqlar. Bütün proses 24/7 rejimində onlayn həyata keçiriləcək. Sistem vasitəsilə sorğular avtomatlaşdırılmış şəkildə müvafiq şöbələrə yönləndiriləcək ki, bu da cavablandırma müddətini əhəmiyyətli dərəcədə azaldacaq.

Eyni zamanda, istifadəçilər öz müraciətlərinin hansı mərhələdə olduğunu real vaxt rejimində izləyəcək, elektron poçt vasitəsilə bildirişlər alacaqlar. İndiyədək isə kağız sənədlərlə işləyərkən statusu öyrənmək üçün yenidən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmək lazım gəlirdi. Artıq xidmətlərə istənilən yerdən, istənilən cihaz vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlara vaxtlarına qənaət etməyə və qurumun xidmətlərindən daha rahat istifadə etməyə imkan verir.

Yeri gəlmişkən, portalın yaradılması prosesi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Rəqəmsal inkişaf departamentinin daxili resursları və mütəxəssisləri tərəfindən həyata keçirilib. Yeni sistem hazırlanarkən müxtəlif yaş qruplarının və fərqli rəqəmsal bacarıqlara malik istifadəçilərin ehtiyacları nəzərə alınıb. İstifadəçi yönümlü interfeys sayəsində müraciət prosesi asan və intuitiv şəkildə qurulub. Bu da sistemi hər kəs üçün maksimum əlçatan edir.

“Platforma ADY-nin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımlardan biri olmaqla dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edəcək. ADY rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bu il elektron xidmətlərin siyahısı daha da genişləndiriləcək”, – deyə məlumatda qeyd olunub.

“Azərbaycan Dəmir Yolları” QSC rəqəmsallaşmanı prioritet istiqamət kimi qəbul edərək müxtəlif sahələrdə bu cür həllərin tətbiqini genişləndirir. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir. Rəqəmsal platformalar və analitik alətlər vasitəsilə müştərilərlə münasibətlər daha şəffaf və çevik şəkildə qurulur. Nəticədə, sərnişinlər və tərəfdaşlar daha şəffaf, operativ və etibarlı xidmətlərlə təmin olunurlar. Bu isə öz növbəsində istifadəçi təcrübəsini yüksəldir və müştəri etimadını gücləndirir.

Qurumdan bildiriblər ki, tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əlaqələrinin qurulması və xidmət keyfiyyətinin artırılması, yəni şəffaflıq təşəbbüslərinə açıqlığı rəqəmsallaşmanın tətbiqini asanlaşdırır. Belə ki, rəqəmsal idarəetmə alətləri vasitəsilə fəaliyyətlərin izlənilə bilməsi, hesabatlılıq və analitik təhlil imkanları həm daxili nəzarəti gücləndirir, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə şərait yaradır.

Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri