Icma.az
close
up
RU
DEMOKRATİYA ÇƏTİRİ ALTINDA GİZLƏNƏN SİYASƏTÇİLƏR DAHA TƏHLÜKƏLİDİRLƏR... Qəvami Sadıqbəyli yazır

DEMOKRATİYA ÇƏTİRİ ALTINDA GİZLƏNƏN SİYASƏTÇİLƏR DAHA TƏHLÜKƏLİDİRLƏR... Qəvami Sadıqbəyli yazır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Osmanlı İmperiyası 1878-ci ildə 50 illik icarə müqaviləsi ilə KİPR adasını Böyük Britaniyaya vermişdi. İcarə müddətinin bitməsinə 8 il qalmış, 1920-ci ildə yunanlar İngiltərənin icazəsi olmadan KİPR adasını Yunanıstanın tabeçiliyinə keçirmək  istədilər. İngiltərənin adadan çəkilməsindən sonra 1960-cı ildə beynəlxalq müqavilələr əsasında Kipr Respublikasının qurulmasına icazə verildi. 

1960-cı ildə London-Sürix müqavilələrinə əsasən,  KİPR  müstəqil dövlət elan edildi. Müqaviləyə əsasən, KİPR adası Türk və Yunan icmaları üçün Kipr Respublikasının əsasını təşkil etdi. Lakin yunanlar türklərlə ortaq dövlətə razı olmadılar. Kiprin bütün idarəsini özləri ələ keçirmək istədilər. Beynəlxalq müqavilələri, konstitusiyanı pozdular. Türklərə hücum edərək , onlara qarşı soyqırım törətməyə  başladılar.

 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələri Kiprdə başlatdığı "Atilla əməliyyatı" ilə KİPR adasına daxil oldu. Türkiyə hökuməti bu əməliyyatı Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirmişdi.

Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu etiraf olunmuşdu. Təsdiqlənmiş  beynəlxalq sənədlərə baxmayaraq, yunanlar bu reallıqla barışmaq istəmir və hər fürsətdə türklərə qarşı təxribatlar törədirdilər. Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. "Atilla əməliyyatı"nda  yüzlərlə türk əsgəri şəhid oldu. Hazırda adanın 37 faizi  türklərin nəzarətindədir.  Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır.

Yunan Kipr Respublikasına isə ilk illərdə Ortodoks Kilsəsinin Arxiyepiskopu və Kipr Respublikasının ilk prezidenti  lll Makarios  rəhbərlik edib. Adadakı türklərin qətliamında bu adamların xüsusi “xidməti” olub.

İllər sonra İstanbul şəhərinin "Bəylikdüzü" adlı ucqar rayonunda “Kıbrıs Anıt” adlı bir abidə ucaldıldı. O zaman "Bəylikdüzü" Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu idi. Qəribə və müammalı olaraq həmin abidədə türk qatili III Makariosun da şəkli yer almışdı. Abidənin açılışına CHP-nin sabiq  başqanı Kamal Kılıçdaroğlu da qatılmışdı.

23 may 2017-ci ildə İstanbul "Ülkü Ocakları" abidənin sökükməsini tələb etdi. Abidədə yer alan türk qatili - Makariosun relyefdəki görüntüsü dağıdıldı.

Məlum olduğu kimi, Əkrəm İmamoğlu CHP-nın kadrıdır. O, Kamal Kılıçdaroğlu və CHP-nın indiki başqanı Özgür Özəl hərəkətlərində türklərə qarşı  düşmənçilik edən yunanları, dinc insanların qatili - PKK-çı kürdləri və  erməniləri müdafiə edirlər. Müasir  texnologiya ilə silahlanmış Türkiyə Ordusu PKK-nı bitirir, bu adamlar isə terrorçuları yenidən diriltməyə çalışırlar.

Hazırda Türkiyənin istehsal etdiyi İHA, SİHA-lar dünyanın 50 ölkəsini hava hücumundan  qoruyur.

CHP çətiri altında gizlənən Əkrəm İmamoğu, Kamal Kılıçdaroölu, Özgür Özəl və bu kimi adamların istəyi odur ki, Türkiyə texnologiyanı ABŞ-dan,  Avropadan və digər xarici ölkələrdən alsın. Türklərin pulunu xaricilər yesin.

Əkrəm İmamoğlu İstanbul şəhər bələdiyyəsinin sədri seçiləndə Yunanıstan mediası (“Thema News ”) onu "İstanbulu fətheden yunan” adlandırmışdı. Digər bir yunan media orqanı isə Əkrəm İmamoğlunun İstanbul Bələdiyyısini qazanmasını “Ayasofyanın intiqamı”nın alındığı kimi ifadə etmişdi.

Müşahidələr göstərir ki, xarici  dövlətlərdən ƏMR alan cəsuslar, xainlər və satqınlar  "LİBERALİZM" , "DEMOKRATİYA" libasına bürünərək, əsil niyyətlərini həyata keçirməklə məşğuldurlar. Təssüf ki, belə "siyasətçilər" hər yerdə var.

Diqqətli və sayıq olmalıyıq.

Qəvami SADIQBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri