Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Dəniz Əsədova həmkarı Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə A.Fərmanqızı məlumat verib.
Müğənninin sözlərinə görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb.
Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın şikayəti icraata qəbul olunmadan rədd edilib.
Xatırladaq ki, bir müddət öncə Müğənni Afət Fərmanqızı da həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və Binəqədi Rayon Məhkəməsində onun şikayət ərizəsi icraata götürülmüşdü.
Qeyd edək ki, Dəniz Əsədova Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















