Icma.az
close
up
RU
Dəniz pulla satılır: Günəş azmış kimi qiymətlər də tərlədir KİMDİR GÜNAHKAR? ŞƏRH

Dəniz pulla satılır: Günəş azmış kimi qiymətlər də tərlədir KİMDİR GÜNAHKAR? ŞƏRH

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay mövsümünün qızğın çağında havaların həddindən artıq isti keçməsi səbəbindən paytaxt sakinləri dincəlmək üçün əsasən çimərliklərə və istirahət mərkəzlərinə üz tuturlar.

Lakin son günlər sosial şəbəkələrdə vətəndaşlar tərəfindən dənizkənarı ərazilərin qanunsuz şəkildə hasarlanması, girişə görə pul tələb olunması və sanitar-gigiyenik normaların pozulması ilə bağlı ciddi narazılıqlar səsləndirilir. İctimaiyyətin haqlı etirazına səbəb olan bu hallar həm vətəndaş hüquqlarının pozulması, həm də ekoloji və sosial problemlərin artması ilə müşayiət olunur. Mütəxəssislər vəziyyətin aradan qaldırılması üçün konkret tədbirlərin görülməsinin vacibliyini bildirir.

Bu cür özbaşınalıqların qarşını almaq üçün vətəndaş nə etməlidir? Çimərlikləri çirkləndirən vətəndaşlar hansı üsulla cəzalandırılmalıdır? Turkustan.az olaraq bu suallarımızı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Günay Hüseynova

Hava şəraitinin qeyri-sabit keçməsi və dözülməz isti səbəbindən vətəndaşlar əsasən çimərliklərə və ya bölgələrdəki istirahət mərkəzlərinə üz tuturlar. Paytaxt ərazisində yerləşən çimərliklərə daha çox günəmuzd işləyən, illik məzuniyyət hüququndan məhrum edilmiş və məhdud büdcəyə malik vətəndaşlar üz tutur.

Son günlərdə sosial şəbəkələrdə dənizkənarı ərazilərin hasarlanması və qanunsuz pul tələbləri ilə bağlı şəkil və videolar paylaşılır. Qeyd etmək vacibdir ki, təbii ehtiyatlar, o cümlədən dəniz sahili özəlləşdirilə bilməz və qanunvericiliyə əsasən, onların istifadəsi bütün vətəndaşların hüququdur. Yəni, vətəndaşın çimərlikdən istifadəsinə görə ondan ödəniş tələb olunması qanunsuzdur.

Əgər müəyyən bir ərazi istirahət mərkəzi kimi özəlləşdirilibsə, bu zaman qanunla müəyyən olunmuş şəkildə gəlir vergisinə cəlb edilməli və xidmət müqabilində yalnız konkret avadanlıqlardan istifadə edən vətəndaşdan ödəniş tələb oluna bilər. Bu halda vətəndaşa mütləq üzərində VÖEN və şirkət məlumatları qeyd olunmuş rəsmi qəbz təqdim edilməlidir.

Vətəndaşlara tövsiyə olunur ki, əgər onlardan qanunsuz ödəniş tələb olunarsa, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat versinlər və əraziyə Post-Patrul Xidməti dəvət olunsun. Həmçinin bu hallar Dövlət Vergi Xidmətinə (195) və Dövlət Əmək Müfəttişliyinədək bildirilməlidir. Çünki bir çox hallarda bu məkanlarda rəsmi qeydiyyatsız, sığortasız işçilər də qanunsuz şəkildə çalışdırılır.

Pulsuz çimərliklərə gəldikdə isə, bəli, bu ərazilər əsasən minimum əmək haqqı ilə yaşayan vətəndaşların büdcəsinə uyğundur. Lakin bu məkanlarda əsas problemlərdən biri antisanitariya və xilasedici xidmətlərinin olmamasıdır. Təəssüf ki, əksər hallarda bu cür qeyri-sanitariya şəraiti vətəndaşların öz səhlənkarlığı nəticəsində yaranır.

Qeyd edək ki, dövlət büdcəsindən çimərliklərin təmiz saxlanması, ekoloji balansın qorunması və təbii ərazilərin mühafizəsi üçün vəsait ayrılır. Bu sahəyə nəzarət əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və qismən Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Lakin görülən tədbirlər hələ də yetərli deyil.

Bu baxımdan təklif edirəm ki, çimərlik ərazilərinə üz tanıma sistemli müşahidə kameraları (radarlar) quraşdırılsın və sanitar-gigiyenik qaydalara əməl etməyən şəxslərə real vaxt rejimində cərimə tətbiq olunsun. Cərimə bildirişləri SMS vasitəsilə vətəndaşların telefonlarına göndərilə bilər. Cərimənin məbləğinin fiziki şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün isə 600–800 manat olması məqsədəuyğun hesab olunur. Bu yanaşma həm antisanitariyanın qarşısını almağa, həm də digər vətəndaşların istifadə hüquqlarının pozulmasının qarşısını almağa kömək edərdi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyul 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri