Dəniz sahilində torpaq sahəsi necə veriləcək? Şöbə müdiri AÇIQLADI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyənlər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək".
Redaktor.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları eyni deyil:
"Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Torpaqların hansı hüquqi əsaslarla veriləcəyi - istifadə, icarə və ya mülkiyyət hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir.
Mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, mövcud qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı illər və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlak verilib. Hazırda orada biznes fəaliyyəti ilə məşğul olanlar, obyektləri olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Bundan sonra "bir pəncərə" prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçməklə müraciət edə biləcək.
Kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron informasiya sistemi olduğu kimi, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən olunan hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək.
Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılacaq və müvafiq rəylər alınacaq.
Məsələn, şəxs çimərlik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bu zaman gigiyenik tələblərə uyğunluqla bağlı səhiyyə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin rəyi alınmalıdır.
Bütün razılaşdırmalar və rəylər əldə olunduqdan sonra müvafiq qərar qəbul ediləcək, icarə müqaviləsi bağlanılacaq. Mexanizmin belə olması nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir".
Baxış sayı:61
Bu xəbər 19 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















