Azərbaycan və Türkiyə heç bir şərt altında ayrılmayacaq ŞƏRH
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri ilə məhdudlaşmır, həm də regional və beynəlxalq siyasətdə ortaq maraqlara, qarşılıqlı dəstəyə və strateji müttəfiqliyə əsaslanır. İki ölkə arasında müxtəlif səviyyələrdə həyata keçirilən müntəzəm təmaslar, siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər bu müttəfiqliyin daha da möhkəmləndirilməsinə, eləcə də beynəlxalq platformalarda vahid mövqedən çıxış edilməsinə xidmət edir.
Bu baxımdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı ikitərəfli münasibətlərin cari gündəliyi, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edilməsi Bakı və Ankaranın qarşılıqlı fəaliyyətə verdiyi önəmi bir daha nümayiş etdirir.
Xüsusilə, regionda baş verən geosiyasi proseslər, təhlükəsizlik çağırışları və türk dünyasında inteqrasiya meyillərinin güclənməsi fonunda Azərbaycan və Türkiyənin koordinasiyalı siyasət yürütməsi mühüm əhəmiyyət kəsb edir. Bəs nazirlər arasında baş tutan bu təmas hansı siyasi mesajları özündə ehtiva edir?
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, Azərbaycanla Türkiyə bir-birindən heç vaxt və heç bir şərt altında ayrılmayacaq iki qardaş dövlətdir:

“Əlbəttə ki, bizim Xarici İşlər nazirliklərimiz arasında daim məsləhətləşmələr olur. Telefon zəngləri, qarşılıqlı səfərlər və s. Bundan əlavə, ayrı-ayrı vəzifəli şəxslərin müşavirələri, müzakirələri və görüşləri keçirilir. Bütün bunlar da ona xidmət edir ki, Azərbaycan və Türkiyə iki qardaş dövlət olaraq beynəlxalq platformalarda, beynəlxalq müstəvilərdə birgə addımlar atsınlar, yəni ortaq mövqedən çıxış etsinlər.
Ümumiyyətlə, bu mövqe həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğunlaşdırılır. Yəni, biz dövlətlər olaraq sadəcə öz dövlətimizin deyil, eyni zamanda digər türk dövlətlərinin, qardaş Türkiyənin, yaxud da qardaş Azərbaycanın, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi dövlətlərin, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin maraqlarını düşünürük.
O baxımdan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin bu telefon danışığını dəyərləndirə bilərik. Əlbəttə ki, iki ölkə arasında münasibətlər, bölgədəki məsələlər, eləcə də Türk Dövlətləri Təşkilatı və türk coğrafiyasının inkişaf perspektivləri həmişə bu cür fikir mübadilələrinin mərkəzində olur.
Məqsəd nədir? Məqsəd odur ki, biz bütün addımlarımızı məsləhətləşərək, ortaq şəkildə atmalıyıq ki, gücümüzün, birliyimizin qüdrəti dünyaya bir daha göstərilmiş olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















