Icma.az
close
up
RU
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir.
Newscenter.az xəbər verir ki, bu məqsədlərdən irəli gələrək dövlət başçısının müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin reallaşdırılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə 8 fevral 2024-cü il tarixində müsabiqə elan edilib.
Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra ixtisas qiymətləndirilməsi həyata keçirilib və qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələblərə cavab verən şirkətlərə müsabiqənin şərtlər toplusu göndərilib. Tələb olunan şərtlərə uyğun olaraq, iddiaçı şirkətlər təkliflərini təqdim ediblər.
İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iddiaçı şirkətlərin nümayəndələrinin iştirakı ilə təkliflər zərfləri açılıb. Növbəti mərhələdə layihə üzrə iddiaçı şirkətlərin təqdim etdiyi texniki və maliyyə təklifləri qiymətləndiriləcək və bunun əsasında müsabiqənin qalibi müəyyən olunacaq. Müsabiqə qalibi ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.
Təkliflər zərflərinin açılması mərasimində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov layihənin önəmini qeyd ediblər.
Bildirilib ki, suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq. Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferini stimullaşdırmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir.
Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib. Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində "Əks Osmos" (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri