Icma.az
close
up
RU
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar DƏLƏDUZLUQ İŞİ KONKRET

Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar DƏLƏDUZLUQ İŞİ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

181 nəfəri sertifikat və işə düzəltmək adı ilə aldadaraq 52 min manatdan artıq pul vəsaitini ələ keçirən Toğrul Kərimovun məhkəmə istintaqı başa çatıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Kərimov Toğrul Məmmədrəhim oğlunun cinayət işi üzrə keçirilən məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq etmə) ilə irəli sürülmüş ittiham üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Zərərçəkmiş şəxslər ifadələrində təqsirləndirilən şəxsin onlara vurduğu maddi ziyanın indiyədək ödənilmədiyini bildirərək, ona qanunvericiliyə uyğun olaraq mümkün olan ən ağır cəzanın təyin olunmasını istəyiblər.

Müdafiə tərəfi isə çıxışında Kərimovun ailə vəziyyətinə diqqət çəkərək, onun 4 azyaşlı övladının olduğunu qeyd edib və bu amilin nəzərə alınaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.

Təqsirləndirilən şəxs isə son söz üçün əlavə vaxt verilməsini istəyib, lakin bu istək zərərçəkmişlərin narazılığına səbəb olub.

Məhkəmə növbəti iclasın və hökmün elan olunması üçün prosesi 2025-ci il iyulun 18-nə kimi təxirə salıb.

İttiham aktına əsasən, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sosial şəbəkələrdə özünü Türkiyənin tanınmış dənizçilik şirkətlərindən birinin Bakı nümayəndəsi kimi təqdim edərək, vətəndaşlara həmin şirkətə işə düzəlmək və sertifikat almaq imkanları vəd edib və bu vədlərlə onların pul vəsaitlərini ələ keçirib.

Cinayət işi üzrə materiallara əsasən, Kərimov 2022–2023-cü illər ərzində 181 vətəndaşdan ümumilikdə 52,725 manat məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib. O, vətəndaşlardan hər birindən 300–700 manat aralığında pul alaraq, onları “Arif Kalkavan – AKO” MMC-yə işə düzəldəcəyi və dənizçilik pasportu verəcəyi ilə aldadıb. Eyni zamanda, o, “Tap.az” platformasında yerləşdirdiyi elanlar və “TikTok” sosial şəbəkəsində paylaşılan saxta reklamlar vasitəsilə vətəndaşları aldatmaqla onlara müxtəlif sahələrdə iş vədi verib, bu üsulla da əlavə vəsaitlər əldə edib.

İş üzrə toplanmış sübutlar zərərçəkmiş və şahid ifadələri, ödəniş qəbzləri, yazışmalar və digər sənədlər təqsirləndirilən şəxsin qeyd olunan əməlləri törətməsini tam sübut edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri