Dənizə düşən 21 yaşlı oğlan nişanlı imiş və yaxın günlərdə toyu olacaqmış FOTOlar
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Muğlanın Marmaris bölgəsində, qayıqda baş verən dava nəticəsində həyatını itirən 21 yaşlı Arda Deniz Onatla bağlı bəzi təfürratlar məlum olub.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, mərhum nişanlı imiş və yaxın günlərdə toyu olacaqmış.
Onun atası atası Kenan Onat açıqlamasında bunları deyib:
"Günahkarların ən ağır şəkildə cəzalandırılmasını istəyirəm. Çox böyük bir acı və hüzn içindəyəm. Həyatımız bitdi, ailəmiz dağıldı, yuvamız yıxıldı. 21 yaşlı oğlumu itirdim. Çox böyük bir acı içindəyəm. Rəsmi şəxslərə səslənirəm, xahiş edirəm, bizə kömək etsinlər. Həyatımız bitdi, ailəmiz dağıldı, yuvamız yıxıldı".
Nişanlı olan Arda Deniz Onatın məzarına çiçəklər və nişanlısı ilə birgə çəkilmiş fotosu da qoyulub.
Qeyd edək ki, hadisə 20 iyulda Muğlanın Marmaris rayonuna bağlı Kocabahçe körfəzində lövbər salmış bir qayıqda baş verib. Arda Deniz Onat ilə Sinan Yetkin, Selim Yetkin və Coşkun Volkan Canfedai arasında dava düşüb. Onat başına aldığı zərbə nəticəsində dənizə düşüb.
Hadisə yerinə gələn atası Kenan Onat huşunu itirmiş vəziyyətdə olan Ardanı sudan çıxarıb. O, Sahil Mühafizənin qayığı ilə Germe Limanında gözləyən təcili tibbi yardım qruplarına təhvil verilib. Lakin xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kənan
Milli.Az
Baxış sayı:43
Bu xəbər 27 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















