Icma.az
close
up
RU
Dənizkənarı Bulvarda mənimsəmə üzrə iki təqsirləndirilən məhkəmədə ifadə verib

Dənizkənarı Bulvarda mənimsəmə üzrə iki təqsirləndirilən məhkəmədə ifadə verib

Icma.az bildirir, Apa.az portalına istinadən.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib.

O, bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki bir sıra vəzifələrdə çalışıb:

"Mən əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı olmuşam. Bir müddət sonra elə həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olundum. 2 il sonra, 2018-ci ildə İlqar Mustafayevin köməkçisi, 2019-cu ilin sonundan sonra Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis olmuşam. İbtidai istintaq zamanı da bildirmişəm ki, bu işin mənə aidiyyatı yoxdur. Baxılan cinayət işində iştirak etməmişəm. Mənə nə əmr edilibsə, yerinə yetirmişəm. mən tanışlıqla işə götürülmüşəm. Anamın İlqar Mustafayevin həyat yoldaşı ilə tanışlığı var idi. Mən işlədiyim zaman əməkhaqqıdan əlavə pul da almışam. Bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib. Vəsaitin yığılması ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Əvvəllər maaşı həm əl ilə, həm də kart vasitəsi ilə alırdıq. Vəsaitin haradan verilməsi ilə bağlı məlumatım və soruşmağa səlahiyyətim yox idi. 2017-ci ildən tədricən kart vasitəsi ilə verilməyə başladı”.

Təqsirləndirilən Rəşad Bədəlov əlavə edib ki, təqsirləndirilən Fuad Babayevi 2017-ci ildən tanıyır. Onun sözlərinə görə, F.Babayev əvvəl onun köməkçisi olub.

Daha sonra iş üzrə təqsirləndirilən Fuad Babayev ifadə verib.

O, bildirib ki, gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib. İlqar Mustafayev də deyib ki, işləmək istəyirsə, tenderə qoşulmalıdır. Mən də bujun üçün "GİRASOL" MMC-ni yaratdım.

Prokuror Fuad Babayevə ona Maraş dondurmaları və digər sahələrdən niyə pullar verildiyini soruşub:

Fuad Babayev cavab olaraq deyib ki, həmin pulların ona niyə verildiyini bilməyib.

Təqsirləndirilən şəxs bildirib ki, ona nəinki Maraş dondurmadan, başqa sahələrdən pullar verilib.

“Mən həmin pulları təchizat şöbəsindən Zamin Xəlilova verirdim. Sonra bizə tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi qeyd edilirdi. Biz Türkiyədən tenderlərlə güllər gətirirdik və həmin güllərin də gömrük bəyannaməsi var idi. Mən təkcə Dəniz Kənarı Bulvar İdarəsinə verməmişəm. Başqa digər qurumlara da güllər vermişəm. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatlar nağdsız formada olub və vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".

Proses dekabr 8-də davam etdiriləcək.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri