Depayın pasportu oğurlandı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın "Korintians" klubunun niderlandlı futbolçusu Memfis Depayın pasportu hava limanında oğurlanıb.
"Unikal" xəbər verir ki, Braziliyada pasportu oğurlanan 31 yaşlı futbolçu Niderland millisinin düşərgəsinə daha sonra qoşulacaq.
"Narıncılar"ın bombardirinin DÇ-2026-nın seçmə mərhələsində Malta ilə baş tutacaq görüşü buraxacağı ehtimal edilir.
Niderland millisinin baş məşqçisi Ronald Kuman vəziyyəti bu cür şərh edib:
"Bu, həm Depay, həm də bizim üçün xoşagəlməz bir vəziyyətdir. Milli komandaya tam heyətlə hazırlaşmaq istərdik, lakin bizdən asılı olmayan hallar var. Ümid edirik ki, o, ən qısa zamanda təlim-məşq toplanışına qatılacaq".
Niderland dünya çempionatının seçmə mərhələsində oktyabrın 9-da Malta, 12-də isə Finlandiya ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 07 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















