Icma.az
close
up
RU
Deportasiya olunanlar kənarda, vəsiqə alanlar ortada: Qərbi Azərbaycan İcmasında nə baş verir?

Deportasiya olunanlar kənarda, vəsiqə alanlar ortada: Qərbi Azərbaycan İcmasında nə baş verir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mənim “Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım – Vəsiqə paylayan təşkilat?” başlıqlı yazıma Musavat.com-a açıqlamasında cavab verib.

Sitat:

“Birliyin nizamnaməsi də Qərbi Azərbaycan kökənli olmayan şəxslərin üzv kimi qəbuluna məhdudiyyət qoymur. Bu cür fikirlər səsləndirmək doğru deyil. Bu təşkilata regionalıq damğası vurmağa ehtiyac yoxdur. Bu damğanı vurmaq istəyənlərin niyyəti hər zaman puç olacaq. Belə məkrli fikirlər süni şəkildə ortaya atılıb. Ən böyük uğurumuz ondan ibarətdir ki, biz bunu ümummilli məsələ kimi ortaya qoya bildik”.

İlk növbədə bildirmək istəyirəm ki, niyyətim bəziləri kimi qalmaqal yaratmaq deyil. Bir Qərbi azərbaycanlı olaraq, icma ilə bağlı gördüyüm boşluqları və çatışmazlıqları diqqətə çatdırıram. Əziz bəy isə təəssüf ki, “məkrli fikirlər” və “regional damğa” ifadələri ilə ictimai tənqidi gözdən salmağa çalışır.

Əgər bir təşkilat cəmiyyət daxilində açıq fəaliyyət göstərirsə, onun üzərində ictimai nəzarətin və tənqidin olması tamamilə təbiidir. Bu tənqidi “məkrli fikir” adlandırmaq, söz və fikir azadlığının boğulması anlamına gəlir. Bu cür ritorika təşkilatı müdafiə etməkdən çox, onun ictimai nüfuzuna zərbə vurur.

Əziz bəy deyir ki, nizamnamə Qərbi Azərbaycan köklü olmayanların üzv qəbuluna məhdudiyyət qoymur. Halbuki Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi azərbaycanlılar dəfələrlə deportasiyaya məruz qalmış bir toplumdur və onların hüquqları bərpa edilməlidir. Qərbi Azərbaycan köklü olmayanların icmaya üzv edilməsi ilə bu ədalət necə bərpa ediləcək?

Əslində, Əziz bəyin dediyi “Qərbi Azərbaycan köklü olmayanların üzv qəbuluna məhdudiyyət qoyulmur” ifadəsi qürur duyulası bir şey deyil, hüquqi boşluqdur.

Dünyada etnik kökə əsaslanan diaspor və ya deportasiya təşkilatlarında üzvlük üçün tarixi və etnik bağlılıq əsas şərt kimi qəbul edilir.

Məsələn, Almaniyada Holokost qurbanlarını təmsil edən “Zentralrat der Juden”, ya da ABŞ-da yerli amerikalıların hüquqlarını müdafiə edən “Native American Rights Fund” kimi təşkilatlar yalnız həmin icmaların üzvləri tərəfindən təmsil olunur. Çünki bu təşkilatların əsas missiyası məhz konkret bir tarixi və hüquqi zəmində formalaşmış qrupun haqlarını qorumaqdır. Əks halda, təşkilat öz təyinatını və legitimliyini itirə bilər.


Əziz Ələkbərli

Əziz bəy bildirir ki, Qərbi Azərbaycan İcması “ümummilli məsələdir” və buna görə də, hər kəs üzv ola bilər. Mən də bu məsələnin ümummilli xarakter daşıdığını inkar etmirəm. Amma bir problemin ümummilli əhəmiyyət kəsb etməsi onun təmsilçiliyinin də ümumxalq səviyyəsində olması demək deyil. Əgər bir təşkilat Qərbi Azərbaycan adını daşıyırsa, cəmiyyət onun üzvlərinin həmin torpaqlardan deportasiya olunmuş ailələr və onların varisləri olduğunu görməyi gözləyir. Burada nə qəbahət var?

Əsas məsələ budur ki, təşkilat əgər Qərbi Azərbaycan adından danışırsa, onun kollektiv yaddaşdan və hüquqi əsasdan uzaq düşməməsi üçün təmsilçilik də məhz bu yaddaşı və tarixi yaşayan insanlara məxsus olmalıdır.

Əziz Ələkbərlinin “regional mahiyyət daşımamalıdır” fikri, əslində, gələcək perspektiv baxımından təhlükəli bir yanlışdır. Spesifik bir problemi ümumiləşdirmək, onun təsir gücünü azaltmaq deməkdir.

Məsələn, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşündə bildirmişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Bu ifadə, Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi əsaslara söykəndiyini və bu məsələnin konkret Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə əlaqəli olduğunu göstərir. Buna görə də belə bir şəraitdə təmsilçilik məhz bu tarixi travmanı yaşamış insanlara və onların varislərinə məxsus olmalıdır.

Bu gün minlərlə Qərbi azərbaycanlı ailə bu icmanın onların səsini, ağrılarını, travmalarını və itirdikləri yurdlarını təmsil etməsini gözləyir. Əgər bu təşkilata Qərbi Azərbaycan kökü olmayan şəxslər də üzv olarsa, o zaman bu qurum təmsilçilik böhranı ilə üzləşəcək.

Qərbi Azərbaycan məsələsi, bəli, ümummilli dəstəyə açıqdır – bunu heç kim inkar etmir. Amma dəstək ilə təmsilçilik hüququ eyniləşdirilə bilməz. Əziz Ələkbərlinin arqumentləri nə qədər xoş niyyətli səslənsə də, faktiki nəticədə Qərbi Azərbaycan məsələsinin həm daxili ictimai rəy baxımından, həm də beynəlxalq müstəvidə ciddiyə alınmaması riskini artırır.

Təbii ki, işin bir də beynəlxalq platformalarda təmsilçilik tərəfi var. Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq, konkret fikirləri var:

Sitat:

“Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Hazırda baş verən proseslər isə onu göstərir ki, Əziz bəyin rəhbərliyində icmanın üzvlərinin sayını Qərbi azərbaycanlı olmayanlarla artırmaq tendensiyası bu təşkilatı beynəlxalq platformalarda hüquqi institut kimi deyil, daha çox daxili ideoloji struktur kimi təqdim edir. Bu isə həm beynəlxalq hüquq baxımından zərərli nəticələrə səbəb ola bilər, həm də ölkə başçısının bu yöndə siyasətinə mane ola bilər.

Əgər biz doğrudan da Qərbi Azərbaycan məsələsini beynəlxalq tribunalara çıxarmaq, Ermənistandan haqlı və sivil şəkildə qayıdış tələbi irəli sürmək istəyiriksə, bu mövzunu həmin tarixi yaddaşı daşıyanların dili ilə danışmalıyıq.

Əks halda, bu təşkilat “ümummilli” maskası altında başqa niyyətlərin vitrini ola bilər və Qərbi azərbaycanlıların konkret ağrıları bir daha görünməz qalar.


Turan Rzayev
Globalinfo.azın siaysət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see138

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see132

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see132

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see120

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see115

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see114

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri