Icma.az
close
up
RU
Deputat: 10 noyabr Bəyanatı Azərbaycanın uğuru oldu

Deputat: 10 noyabr Bəyanatı Azərbaycanın uğuru oldu

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının rəsmi təsdiqidir.

Bu sənədin imzalanması həm də Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini növbəti dəfə dünyaya nümayiş etdirdi:

“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını  imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanat həm də rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu”.

Deputat bildirib ki, üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın bir sıra siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu: 

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Ölkəmizin ayrılmaz hissəsi olan Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı.

Bundan başqa, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandı. Hesab edirəm ki, bu tarixi sənədin imzalanması da iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı”.

S.Salmanova vurğulayıb ki, ötən ilin aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu: 

“Bir məsələni də qeyd edim ki, ötən dövr ərzində Ermənistanın üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin icrasından yayınırdı. Ermənistan Azərbaycan ərazilərində mövcudluğunu saxlamağa cəhd göstərir, təxribatlara əl atırdı. Ancaq sənəddə göstərilmişdi ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.

Bütün bunlara cavab olaraq isə 2023-cü ilin sentyabrın 19-da başlanılan antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam bərpa edildi”.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri