Deputat Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzində tibb heyəti ilə görüşüb
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Deputat Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzində tibb heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş çərçivəsində Milli Məclisin deputatı Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzində olub, baş həkim və mərkəzin digər həkim heyəti və əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı tibb işçiləri deputata mövcud çatışmazlıqlar barədə məlumat verib, Mərkəz tərəfindən qəsəbə əhalisinə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində icrası vacib sayılan vəzifələr barədə danışıblar.

Deputat onların səsləndirdiyi məsələri dinləyərək, tibb mərkəzində mövcud bəzi çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti strukturlara deputat sorğusunun yönləndiriləcəyini bildirib.
Azər Allahverənov səhiyyə sahəsində çalışanların fəaliyyətinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mövcud problemlərin mərhələli şəkildə həlli üçün lazımi addımların atılacağını diqqətə çatdırıb.
Süleyman
Baxış sayı:44
Bu xəbər 11 İyul 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















