Icma.az
close
up
RU
Deputat: Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır

Deputat: Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, əsasən, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik münasibətlərini və Azərbaycanın siyasətini əhatə edən mühüm bəyanatlarla yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər həm regional siyasətin, həm də beynəlxalq əməkdaşlığın dərin strateji əsaslarını əks etdirir. Müsahibə həmçinin türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir.

Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil, bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, dövlətimizin başçısı müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. Prezident ölkələri təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyini qeyd edir. Bu, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiyanın təməlini təşkil edir. Dövlət başçısının müsahibədə bildirdiyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir.

Onun sözlərinə görə, iqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. İki ölkə arasında ticarət sürətli templə inkişaf edir, əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artır. Belə ki, əmtəə dövriyyəsinin sürətlə artması (2025-ci ilin ilk 9 ayında 319 milyon ABŞ dolları) və ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak əsas prioritetdir. Bu sahədə tranzit daşımaların həcmi ardıcıl olaraq artır. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirən amillərdir. Həmçinin Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək mühüm layihə kimi qeyd olunur. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir. Bununla da geosiyasi dəyişikliklər fonunda Azərbaycanın bu regionda rolunun gücləndiyi və artıq sadəcə tranzit ölkə deyil, mühüm strateji aktora çevrildiyi diqqətə çatdırılıb”, - deyə A.Məmmədov bildirib.

“Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan əlaqələrinin strateji xarakterini təsdiqləməklə yanaşı, regionun gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirir. Siyasi etimadın möhkəmliyi, iqtisadi inteqrasiyanın sürəti, mədəni yaxınlığın dərinliyi və Türk dünyası çərçivəsində vahid məqsədlərin güclənməsi bu münasibətləri təkcə ikitərəfli deyil, həm də pan-türk və Avrasiya miqyasında nümunəvi əməkdaşlıq modelinə çevirir. Bütün bunlar növbəti dəfə sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir. Hazırda dövlətimizin başçısının liderliyi sayəsində Azərbaycan-Özbəkistan münasibətləri yeni səviyyəyə yüksəlib. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə ikitərəfli çərçivədə deyil, həm də strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır” , - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri