Icma.az
close
up
RU
Deputat: Azərbaycan Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır

Deputat: Azərbaycan Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mənim və həmkarım, işçi qrupun üzvü Elçin Mirzəbəylinin Lüksemburqa səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasında Demokratik siyasi qrupun rəhbəri Jil Baum, Xarici və Avropa İşləri, Əməkdaşlıq, Xarici Ticarət və Böyük Region üzrə Komitəsinin sədri, Demokratik siyasi qrupun üzvü Qusti Qraas, Lüksemburqun Xarici və Avropa İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Veronik Dokendorf, Lüksemburq Deputatlar Palatasının Ətraf Mühit, İqlim və Biomüxtəliflik üzrə Komitəsinin sədri, Sosial - xristian siyasi qrupun üzvü Pol Qal, eləcə də Lüksemburqun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alen De Müzerlə görüşümüz keçirilib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində səmərəli müzakirələr aparılıb.

Bu sözləri Lüksemburqa səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, 33 ildir ölkələrimiz arasında qurulan diplomatik münasibətlər ikitərəfli əlaqələri inkişaf etdirmək üçün əlverişli zəmin yaradıb. Parlamentlərarası münasibətləri inkişaf etdirmək üçün də imkanlar genişdir. 2005-ci ildən etibarən Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

“Sözügedən qrupun rəhbəri olaraq ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdirməyin zəruriliyini qeyd etdim. Həmçinin Azərbaycan parlamentinin fəaliyyətinin açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulduğunu, ölkəmizdə dərin parlamentarizm ənənələrinin mövcud olduğunu diqqətə çatdırdım. Vurğuladım ki, bu gün Azərbaycan parlamentində müxtəlif siyasi partiyaların və sosial qrupların nümayəndələri təmsil olunur ki, bu da müxtəlif siyasi baxışların ifadəsinə, siyasi dialoqun inkişafına töhfə verir. Eyni zamanda, Azərbaycanda siyasi sferada, o cümlədən parlamentdə qadınların aktiv iştirakçılığına da diqqət çəkdim. Qadınların ictimai-siyasi mühitdəki aktivliyinin sülhə, dialoqa, əməkdaşlığın inkişafına töhfə verdiyini vurğuladım. Müzakirələr zamanı Azərbaycanla Lüksemburq arasında parlamentlər səviyyəsində əməkdaşlıqda yeni mərhələnin başlamasının vacibliyi də qeyd olundu. Azərbaycan və Lüksemburq parlamentləri arasında əlaqələrin yaradılması təşəbbüsü dəstəkləndi”, - deyə N.Məmmədova bildirib.

Görüşlərdə, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlara da diqqət çəkdiyini deyən deputat əlavə edib: “Bildirdim ki, 30 ildən sonra dayanıqlı sülh və təhlükəsizlik imkanları yaranıb. Qalib ölkə kimi ilk sülh təklifinin də müəllifi Azərbaycandır. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda tam yeni inkişaf mərhələsi başlayıb. Bu yeni reallıqlarla tanış olmaq üçün lüksemburqlu həmkarlarımı ölkəmizə dəvət etdim. Lüksemburq da Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır. Bu fikir keçirdiyimiz görüşlərdə xüsusi vurğulandı”.

Azərbaycan-Lüksemburq münasibətlərinə həm də Azərbaycan-Avropa İttifaqı kontekstindən yanaşıldığını qeyd edən N.Məmmədova deyib: “Məlum olduğu kimi, hazırda Strasburq və Brüssellə birlikdə Avropa İttifaqının paytaxtlarından biri olan Lüksemburq Avropanın kəsişmə nöqtəsi kimi strateji əhəmiyyətə malikdir. Bu xüsusda Lüksemburq-Azərbaycan münasibətlərinin inkişafı rəsmi Bakı ilə Avropa İttifaqı əlaqələrinə də bilavasitə töhfə vermiş olar. Avropa İttifaq ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bu günlərdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin diqqət mərkəzində olub”.

Deputat qeyd edib ki, Lüksemburq nümayəndə heyəti də öz növbəsində qarşılıqlı səfərlərin perspektivinə diqqət çəkib. Görüşdə həmçinin Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi xüsusi qeyd olunub. Bu nüfuzlu konfransda iştirak edən Lüksemburq nümayəndə heyəti də ekoloji məsələlərlə bağlı Azərbaycanın təcrübəsinə böyük marağın olduğunun qənaətdədir.

“Azərbaycan həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Bu baxımdan, Azərbaycan və Lüksemburq arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar var. Təsadüfi deyil ki, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi Veronik Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı da Azərbaycanla əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb. Yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı müzakirə edilib.

Bir sözlə, hesab edirəm ki, Azərbaycan-Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır. Qarşılıqlı səfərlərin, intensiv müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram”, - deyə N.Məmmədova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri