Icma.az
close
up
RU
Deputat: Azərbaycan Qarabağın erməni əhalisinə münasibətdə öz qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib

Deputat: Azərbaycan Qarabağın erməni əhalisinə münasibətdə öz qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü şəkildə çıxan ermənilərin geri dönüşünü sülh prosesinə zərər kimi qiymətləndirib. O bildirib ki, bu cür addımlar bölgədə gərginliyi artırmaqla yanaşı, həm də təhlükəsizlik üçün ciddi təhdid yarada bilər.

Lakin o da məlumdur ki, bəzi erməni lobbi qrupları və xarici dövlətlər bu şəxslərin Qarabağa geri qaytarılmasına çalışırlar. Halbuki həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul edib ölkə qanunları çərçivəsində yaşamaq istəmirlər. Bu isə regionda sabitliyin bərqərar olunması üçün aparılan sülh danışıqlarına ziddir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov Oxu.Az-a bildirib ki, Azərbaycan Respublikası antiterror tədbirləri ilə suverenliyini bərqərar edərkən Qarabağın erməni əhalisinə münasibətdə beynəlxalq humanitar hüququn, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq və universal mexanizmlərin, o cümlədən Azərbaycan Respublikası qanunvericiliyini rəhbər tutaraq insan hüquq və azadlıqlarının aliliyinin təmini şəraitində davranıb, hər hansı formada zorla köçürülmə elementini ehtiva edən yanaşmaya yol verməyib:

"Əksinə, rəsmi Bakı dəfələrlə Qarabağın erməniəsilli sakinlərini işğalaqədərki dövrdə olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşı olaraq dinc birgəyaşayışa çağırdı. Lakin onillər boyu Azərbaycan və azərbaycanlılar əleyhinə milli nifrət və kin ehtiva edən təcavüzkar ideologiyanın təsiri altında olan ermənilər, Ermənistanda olduğu kimi, Qarabağda da bir zamanlar zor gücünə nail olunmuş monoetnik, yəni yalnız ermənilərdən ibarət tərkibdə yaşaya biləcəklərini bəyan edərək azərbaycanlılarla birgəyaşayışın mümkün olmayacağını açıq formada bəyan etdilər".

"Təbii ki, Azərbaycan Respublikası özünün prioritet olaraq müəyyən etdiyi və bir milyona yaxın vətəndaşın böyük qayıdışını ehtiva edən haqqını hansısa ayrı-seçkilik və mifik iddialar üzərində formalaşan təcavüzkar niyyətlərə qurban verə bilməz. Bu mənada Paşinyan haqlı olaraq Qarabağdan gedən ermənilərin geri qayıdışını sülh üçün zərərli hesab edir. Azərbaycanlılara münasibətdə nifrət hissi ilə yaşayan, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən və revanşist hisslərlə yaşayan bir toplumu, xüsusən həmin insanlardan regionda sülh və sabitlik əleyhinə istifadə etmək istəyən kənar qüvvələrin mövcudluğu şəraitində Paşinyanın sülhə və təhlükəsizliyə təhdid hesab etməsi qəbulolunan məntiqdir", - deyə deputat vurğulayıb.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri