Icma.az
close
up
RU
Deputat: Azərbaycan Türkiyə Pakistan dostluğu beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür

Deputat: Azərbaycan Türkiyə Pakistan dostluğu beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

28 May — Müstəqillik Günündə Laçında tarixi an yaşandı. Xalqımız üçün olduqca əlamətdar bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirildi və üçtərəfli münasibətlərdə yeni səhifə açıldı. Hər üç ölkənin lideri görüşdə dünya və regional proseslərlə bağlı vacib mesajlar verdi. Onlar ölkələr arasında dostluq və əməkdaşlığın əhəmiyyətini, regiona verdiyi töhfələri xüsusi vurğuladılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən güclü dövlətlərdir. Hər üç ölkə arasında dərin dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin əsasında ortaq tarixi, dini və mədəni dəyərlər dayanır. Tarixi köklərə əsaslanan əlaqələr zamanla güclənərək müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Zirvə görüşündə xüsusi vurğulayıb ki, üç qardaş ölkənin əməkdaşlığı ildən-ilə güclənir və daim bir-birinin yanında dayanır.

“Qeyd etmək lazımdır ki, ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq beynəlxalq münasibətlər sistemində nümunəvi əməkdaşlıq modeli kimi dəyərləndirilməlidir. Laçında keçirilən üçtərəfli görüşdə liderlərin verdiyi mesajlar bunu bir daha təsdiqlədi. Görüşdə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə qarşılıqlı əməkdaşlığın bütün sahələrində — siyasət, iqtisadiyyat, investisiya və müdafiədə əlaqələrin daha da inkişaf etdirilməsi prioritet kimi vurğulandı”, - deyə Tamam Cəfərova bildirib.

Deputat 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi və tarix yazdı. Bu zəfərin əsas amillərindən biri dost və qardaş dövlətlərin ölkəmizə verdiyi mənəvi-siyasi dəstək oldu. Dövlətimizin başçısı çıxışında dost və qardaş ölkələrin dəstəyini xüsusi qeyd edərək deyib: “30 il ərzində işğal altında qalan Laçın şəhərində birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan bizi dəstəklədi. Bu dəstək bizi ruhlandırır, əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə hər zaman qardaş ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarıq.”

Tamam Cəfərova üç qardaş ölkə arasında əməkdaşlıqda yeni səhifənin açıldığını qeyd edib: “Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı beynəlxalq səviyyədə geosiyasi gücün təzahürüdür. Ötən il Astanada keçirilən görüşdən sonra Laçında keçirilən ikinci Zirvə görüşü dərin rəmzi məna daşımaqla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi dəstəyin açıq ifadəsidir. Liderlərin Laçında Müstəqillik Gününə həsr olunan tədbirdə birgə iştirakı da qardaşlığımızın növbəti təzahürüdür. Əminik ki, azad edilmiş Laçından verilən mesajlardan dərs çıxaranlar olacaq. Dost və düşmənlər bu sözləri düzgün analiz etməli və gələcək planlarında nəzərə almalıdırlar.”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri