Icma.az
close
up
RU
Статья не опубликована
Deputat: Azərbaycanın Zəfəri diplomatik münasibətlərimizi möhkəmləndirdi

Deputat: Azərbaycanın Zəfəri diplomatik münasibətlərimizi möhkəmləndirdi

Icma.az, Aznews.az saytına istinadən bildirir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Milli Məclisdə çıxış edib. O çıxışı zamanı diplomatik sahədəki təcrübələrini və Azərbaycanın beynəlxalq münasibətlərdəki uğurlarını paylaşaraq ölkəmizin qazanılmış Zəfərinin diplomatik mövqeyimizi necə gücləndirdiyini vurğulayıb.

AzNews.az deputatın çıxışını təqdim edir:

"Hörmətli xanım Sədr, icazənizlə diplomatik sahədə çalışmış şəxs kimi bəzi şərhlərimi də bölüşüm. Mən də əksər həmkarlarım kimi diplomatik xidmətə başlayanda torpaqlarımız işğal altında idi. Bu illərdə aparılan danışıqlarda, ikitərəfli və çoxtərəfli beynəlxalq sənədlərin razılaşdırılması prosesində torpağı işğal altında olan diplomatın səs tonu da başqa idi. Təsəvvür edin, BMT Nizamnaməsinin (§25, §24, və §2(5)) maddələrinə uyğun üzv dövlətlər tərəfindən icra edilməli olan BMT TŞ-nin məlum 1993-cü il qətnamələrinə istinadın belə beynəlxalq sənədlərə daxil edilməsi üçün uzun danışıqlar aparılır, xahişlər edilirdi, amma yenə biganə münasibətlə üzləşirdik.

Şanlı Zəfərimiz vəziyyəti tamamilə dəyişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində torpaqlarımızın qanunsuz hərbi işğalına son qoyuldu və bununla Azərbaycan BMT-nin ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Azərbaycan BMT üzvü 193 ölkə arasında azsaylı dövlətlərdən sayılır ki, beynəlxalq hüququnun hamılıqla tanınmış, amma uzun illər pozulmuş prinsiplərini də təmin etdi. Prezidentimizin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi “Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir” fikri Qalib dövlətimizin diplomatlarını yeni çağırışları dəf etmək üçün daha da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirərək etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Bu gün Azərbaycanın 20-dən çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.

Hörmətli həmkarlar, sonda dövlətimizin vahid xarici siyasət kursunun həyata keçirilməsinə həm ikitərəfli, həm də çoxətərəfli formatda aktiv parlament diplomatiyası vasitəsi ilə verilən töhfələri qeyd etmək istərdim. Hazırda Milli Məclis Türk Dövlətlərinin Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə uğurla sədrlik edir. Vətən müharibəsindən sonrakı illrədə Milli Məclis 100-ə yaxın dövlətin və 40-dan çox beynəlxalq təşkilatın iştirakı ilə 30-dan artıq beynəlxalq tədbirə ev sahibliyi etmişdir. 80-dən çox ölkəyə isə iki və çoxtərəfli formatda səfərlər həyata keçirilmişdir.
Qalib Azərbaycanın diplomatik təmsilçiliyi üçün hüquqi baza olan bu Qanun layihəsinə səs verəcəyəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri