Icma.az
close
up
RU
İrəvanda sərhəd xofu: Paşinyan sərhədi şantajla açdırmaq istəyir

İrəvanda sərhəd xofu: Paşinyan sərhədi şantajla açdırmaq istəyir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin mənasını şübhə altına alıb. 

“Hraparak” qəzetinin yazdığına görə, o, bu barədə Türkiyə ilə münasibətlərin normallaşması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanla görüşündə fikir bildirib. 

Nəşr qeyd edir ki, Rubinyan sərhədin açılmasını sürətləndirmək cəhdlərinin uğursuzluğunu və “Tramp marşrutu”nun işə salınmasından sonra da sərhədin bağlı qalma ehtimalının yüksək olduğunu bildirib.

“Ümid edə biləcəyimiz ən yaxşı şey 2026-cı ilin yanvar ayından etibarən diplomatik pasport sahibləri üçün giriş imkanıdır. Lakin bu təmin edilmir”,-deyə Rubinyan bildirib.

Paşinyan bildirib ki, əgər Ankara sərhədi açmaqdan imtina edərsə, layihənin həyata keçirilməsi sual altına düşəcək. O, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrakdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təsir göstərmək üçün ABŞ Prezidenti Donald Trampa məlumat göndərməsini xahiş etmək niyyətindədir.

“Hraparak” Baş nazirin ofisindəki rəsmilərin reaksiyasını belə ifadə edir: 

“Əvvəlcə rabitənin açıldığını ucadan elan edirlər, sonra isə Türkiyəni sərhədi açmağa inandırmağa çalışırlar”.

Qeyd edək ki, “Hraparak” radikal müxalifətə yaxın mövqeyi ilətanınan media qurumu olduğundan, ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması məsələsinə hər zaman tənqidi mövqedən yanaşır. 

Lakin son zamanlar Paşinyan hakimiyyətinin Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində təşəbbüsləri artırması sözügedən məlumatda həqiqət payının olduğunu istisna etmir. Qeyd edək ki, Azərbaycan Qazaxıstan taxılının Ermənistana tranzitinə icazə verdikdən sonra  Paşinyan oktyabrın 22-də siyasi jest olaraq adekvat cavab addımı atmışdı. 

Baş nazir Türkiyədən Azərbaycan, eləcə də əks istiqamətdə yükdaşımaları həyata keçirən maşınların Ermənistan ərazisindən tranzitini təmin etməyə hazır olduğunu bəyan etdi. Təbii ki, rəsmi İrəvanın əsas niyyəti Türkiyə ilə Ermənistan arasında nəqliyyat-ticarət əlaqələrini aktivləşdirmərk və beləliklə, 1993-cü ildən bağlı saxlanılan sərhədlərin açılmasın nail olmaq idi. Lakin nə Azərbaycan, nə də Türkiyə indiyə qədər buna maraq göstərib. 

Çünki Türkiyənin Ermənistanla sərhədləri açması üçün konkret şərtləri var. Paşinyanın açıqlamasından sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadır Uraloğlu, sonra isə xarici işlər naziri Hakan Fidan yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin açılacağını bildirdilər. 

Eyni zamanda, Ankara Ermənistan Konstitusiyasının preambula hissəsindən Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan “Qərbi Ermənistan” ifadəsinin və qondarma erməni soyqırımının dünyada tanıdılması məsələsinin ləğvini tələb edir.  Eyni zamanda, Ermənistanın dövlət gerbində Ağrı dağının təsvirinin yer alması Türkiyəyə qarşı ərazi iddiası hesab edilir. 

Bu şərtlər yerinə yetirilmədən Türkiyənin Ermənistanla sərhədləri açacağı inandırıcı görünmür. Nikol Paşinyan Türkiyənin tələblərini yerinə yetirəcəyinə, o cümlədən dövlət gerbini dəyişəcəyinə dair dəfələrlə mesaj versə də, bu vədlər yalnız Ermənistanda 2026-cı ilin ikinci yarısında keçiriləcəyi gözlənilən referendumdan sonra mümkün ola bilər. 

Bu arada “Bloomberg” agentliyi yazır ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müzakirələr başlayıb. Qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında bu yaxınlarda sülh bəyannaməsinin imzalanmasından sonra, eləcə də Nikol Paşinyanın qarşıdan gələn seçkilər fonunda bu danışıqlar daha güclənib. 

“The Turkish Post”-un yazdığına görə, Türkiyə və Ermənistandan olan nümayəndələr artıq Akyaka-Axurik sərhəd keçid məntəqəsinə baş çəkib və onun mümkün açılışına hazırlıq məqsədilə texniki yoxlamalar aparıblar. Qeyd olunur ki, tranzit əhəmiyyəti olan Qars-Gümri dəmir yolunun fəaliyyətinin bərpası üçün lazım olan işlər təxminən beş ay çəkə bilər. 

Türkiyə, həmçinin təhlükəsizliyi təmin etmək üçün sərhəd yollarını yenidən qurmağa davam edir. Adıçəkilən qəzet sərhədlərin mümkün açılmasının regional enerji və ticarət yolları baxımından da nəzərdən keçirildiyini vurğulayır. 

ABŞ tərəfindən dəstəklənən təşəbbüslər çərçivəsində Vaşinqton Azərbaycanı və Türkiyəni Ermənistan ərazisi vasitəsilə birləşdirməyi nəzərdə tutan TRIPP layihəsində xüsusi rol oynayır. İrəvanın sözlərinə görə, bu marşrut Zəngəzur dəhlizi ideyası ilə üst-üstə düşür. 

Baş nazir Paşinyanın qeyd etdiyi kimi, dəmir yolu hissəsində işlər 2026-cı ilin ikinci yarısında başlaya bilər. Türkiyə mediasının məlumatına görə, ekspertlər hesab edirlər ki, sərhədlərin 2026-cı ilin əvvəlində açılması texniki cəhətdən mümkündür. 

Bu, seçkiqabağı Paşinyanın mövqeyini gücləndirmiş olar. Lakin onlar hesab edirlər ki, Ankara bu prosesdə daxili siyasi hadisələrdən müstəqilliyini qorumaq üçün bu addımı Ermənistandakı seçkilərə çox yaxın atmaya da bilər.

Ancaq Türkiyənin tələbləri yerinə yetirilənə qədər sərhədlərin açılacağı real görünməsə də, tərəflər bununla bağlı konkret razılaşma imzalaya bilər. İlk növbədə, üçüncü ölkə vətəndaşlarının diplomatik pasportla Türkiyə-Ermənistan sərhədindən sərbəst keçidinin gələn ilin əvvəlindən təmin edilməsi mümkündür. Buna baxmayaraq, “Tramp marşrutu”nun fəaliyyətinin Ermənistan-Türkiyə sərhədindən asılı olması barədə iddiaların əsası yoxdur. 

“Tramp marşrutu”nun əsas hissəsi Azərbaycanın qərb hissəsindən Mehri rayonu vasitəsilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə ərazisinə və əks istiqamətdə hərəkəti nəzərdə tutur. Bu layihə həm avtomobil yolu, həm də Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolundan ibarətdir. Dəmir yolu  Türkiyə ərazisində hazırda inşa edilməkdə olan Dilucu-İğdır-Qars dəmir yolu xəttinə birləşdiriləcək. 

Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yolları marşrutuna gəlincə, bu, dəhlizin ikinci qolunu təşkil edəcək. Bu baxımdan, sərhədlərin bağlı qalması perspektivdə Türkiyənin maraqlarına da cavab vermir. 

Sadəcə olaraq, TRIPP layihəsinin işə düşəcəyi təqdirdə, sərhədlərin bağlı qalmaqda davam edəcəyi ilə bağlı yayılan xəbərlər daha çox ABŞ-nin Türkiyəyə siyasi təzyiqlərinə nail olmaq məqsədi daşıyır. 

Yəni müxtəlif siyasi manipulyasiyalarla Türkiyəni sərhədlərin açılmasına razı sala bilməyən Ermənistan indi Tramp administrasiyasının regiondakı maraqlarından istifadə edərək Ankaraya qarşı şantaj və təzyiq üsullarına əl atır. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

 

Açar sözlər: Paşinyan İrəvanda sərhəd

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri