Deputat baş nazirə yumurta atdı Video
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Kosovoda müxalifətdən olan deputat parlamentdə Baş nazir Albin Kurtiyə yumurta ataraq etiraz edib.
Hurriyyet.Media xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra Kosovo Məclisi yeni sədr və müavinlərini seçmək üçün toplanıb.
Məlumata görə, iclasda çıxış edən Albin Kurti digər siyasi partiyalarla hökumətin qurulması üçün danışıqların davam etdiyini deyib.
Qeyd olunub ki, o, yeni parlament sədrliyinə namizəd təqdim etməyib və danışıqlar üçün daha çox vaxt istəyib.
Bu isə müxalifətin etirazına səbəb olub.
Bildirilib ki, “Kosovonun Gələcəyi üçün İttifaq” (AAK) partiyasının deputatı Time Kadriyay Kurtiyə yaxınlaşaraq çantasından çıxardığı yumurtaları ona atıb.
Hadisədən sonra deputatlar arasında qısa gərginlik yaşanıb və parlamentin iclası təxirə salınıb.
Qeyd edək ki, Kosovoda son 18 ay ərzində üç dəfə parlament seçkiləri keçirilib.
Ölkədə siyasi böhran davam edərsə, yenidən növbədənkənar seçkilərin keçirilməsi mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Avqust 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















