Deputat bələdiyyələrin öz ərazilərindəki maşınlardan vergi almasını təklif edib
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Bizim televiziyalar səhərdən axşama qədər bu aldı, getdi, boşandı verməli deyil. Əmək məhsuldarlığının artması, yeni dövrdə iş qurmaqla bağlı verilişlər verməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev deyib.
O bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır. Onun sözlərinə görə, dövlətin üzərinə düşən yükü azaltmaq lazımdır:
"Bunun üçün bələdiyyələrə imkan vermək lazımdır ki, işləsinlər. Zibil daşımağı belə bələdiyyənin əlindən almışıq. Bir təklif də vermək istərdim. Məsələn, bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Noyabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















