Icma.az
close
up
RU
Deputat: BƏT in konvensiyasının ratifikasiyası Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Deputat: BƏT in konvensiyasının ratifikasiyası Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Azərbaycan Respublikasının Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” Qanun layihəsi və onun ratifikasiyası təkcə milli səviyyədə deyil, eyni zamanda, beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edən strateji addımdır”.

APA xəbər verir ki, bunu deputat Nigar Məmmədova deyib.

O qeyd edib ki, bu addım, ilk növbədə, Azərbaycanın qlobal əmək standartlarına sadiqliyini və insan mərkəzli inkişaf modelini dəstəklədiyini açıq şəkildə nümayiş etdirir: “Konvensiyanın əsas məqsədi təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, işlə bağlı risklərin qarşısının alınması və profilaktik mədəniyyətin təşviqidir. Azərbaycanın bu sənədi ratifikasiya etməsi ölkəmizi beynəlxalq səviyyədə məsuliyyətli və etibarlı tərəfdaş kimi möhkəmləndirir.

Beynəlxalq prizmadan baxdıqda, ratifikasiya bir neçə mühüm üstünlük qazandırır. Belə ki, bu, ölkəmizin beynəlxalq imicini gücləndirir. Möhkəm iqtisadi dayaqlara malik olan Azərbaycan eyni zamanda sosial ədalətə və insan hüquqlarına hörmət edən ölkə kimi təqdim olunur.

Faktiki hər bir üzv milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq edir”.

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, bu, xarici investisiyalar üçün daha cəlbedici mühit yaradır:

“Təhlükəsiz və sağlam əmək şəraiti olan ölkələr beynəlxalq investorlar üçün daha etibarlı hesab olunur. Bu isə davamlı iqtisadi inkişafa töhfə verir. Yeri gəlmişkən, cənab Prezidentin Davos İqtisadi Forumunun bu günlərdə keçirilən 56-cı illik toplantısı çərçivəsində nüfuzlu şirkət rəhbərləri ilə görüşü zamanı Azərbaycandakı əlverişli biznes mühitinə marağın şahidi olduq. Aydındır ki, beynəlxalq investorlar üçün yatırım etdikləri ölkələrdə sabitliklə yanaşı, əmək hüquqlarına dair risklərin əvvəlcədən qiymətləndirilməsi də əsas şərtdir. Bu xüsusda Azərbaycanın “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi ölkəmizdə investisiya mühitinin proqnozlaşdırıla bilən olduğunu bir daha təsdiqləyir.

Burada əsas faktorlardan biri də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır. Belə ki, qlobal standartlara uyğunlaşma milli işçi qüvvəsinin keyfiyyətini yüksəldir və onun beynəlxalq əmək bazarına inteqrasiyasını asanlaşdırır.

Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları da genişlənmiş olur. Azərbaycan bu Konvensiya çərçivəsində texniki yardım, təcrübə mübadiləsi və birgə proqramlarda iştirak etmək imkanları əldə etmiş olacaq.

Nəticə etibarilə, 187 nömrəli Konvensiyanın ratifikasiyası Azərbaycanın qlobal əmək ailəsinin məsuliyyətli üzvü kimi mövqeyini möhkəmləndirəcək, insan kapitalının qorunmasına xidmət edəcək, ölkəmizin davamlı inkişaf strategiyasına mühüm töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri