Icma.az
close
up
RU
Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıb

Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıb

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin deputatı Könül Nurullayeva Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin 11-ci plenar sessiyası zamanı "Sülh, sülh quruculuğu, barışıq və tolerantlığın qlobal arxitekturasının inkişafı: Hökumətlərin, parlamentlərin və vətəndaş cəmiyyəti təşkilatlarının işbirliyi" mövzusunda çıxış edib. Deputat bildirib ki, geosiyasi gərginliyin artdığı bir vaxtda dünyada sülhə daha çox ehtiyac var. Sülh təkcə hərbi əməliyyatların dayandırılması deyil, bütün maraqlı tərəflərin fəal iştirakını tələb edən dinamik və çoxölçülü prosesdir: “Hökumətlər sülhə üstünlük verən hüquqi çərçivələrin yaradılmasında mühüm rol oynayırlar. Parlamentlər bu çərçivələrin hesabatlılıq və inklüzivlik prinsiplərinə uyğunlaşdırılmasını təmin edir, vətəndaş cəmiyyətləri isə insanlar arasında tolerantlıq və qarşılıqlı anlaşma mədəniyyətini inkişaf etdirir. Bu elementlərin inteqrasiyası davamlı sülhə nail olmaq üçün zəruri olan işbirliyini yaradır”.

K.Nurullayeva Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsinə diqqət yönəldib. Bildirib ki, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında qaldı. Nəticədə bu, ölkəmizə mədəni və iqtisadi baxımdan çətinliklər yaratdı: “Bununla belə, 2020-ci ildə bu ərazilərin beynəlxalq hüququn norma və prinsiplərə uyğun olaraq işğaldan azad edilməsi dönüş nöqtəsi oldu. Bu, bölgəmizdə barışıq və inkişafa əsaslanan bir fürsət yaratdı. Bu münaqişədən sonra Azərbaycan hərtərəfli sülh quruculuğu prosesinə başlayıb. Buraya azad edilmiş ərazilərin yenidən qurulması, köçkünlərin təhlükəsiz qayıtmasının təmin edilməsi, sabitliyin möhkəmləndirilməsinə yönəlmiş sosial-iqtisadi infrastrukturun yaradılması daxildir”.

Deputat ölkəmizin davamlı sülhün vacib komponentləri kimi beynəlxalq hüquqa və suverenlik prinsiplərinə sadiqliyini vurğulayıb. Qeyd edib ki, hazırda Ermənistanla sülh müqaviləsini yekunlaşdırmaq üçün fəal şəkildə səylər davam edir: “Bu müqavilə bütün Qafqaz regionu üçün kritik əhəmiyyətə malikdir, çünki o, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində atılmış əsas addımlardan biri ola bilər. Bu müqavilənin uğurla bağlanması tərəqqiyə və inkişafa yol açacaq, regiondakı bütün xalqların rifahını yüksəldəcək. Ona görə də əsas məqsəd Qafqazda sülhü bərpa etmək və qorumaq üçün bu müqaviləni mümkün qədər tez yekunlaşdırmaq və imzalamaqdır.”

Qeyd edək ki, 23-25 noyabr tarixlərində Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin “Sülh, barışıq və tolerantlıq axtarışı” mövzusunda 11-ci plenar sessiyası keçirilib. Sessiyada Parlamentlərarası Birliyin prezidenti, ASEAN təşkilatının baş katibi, Kambocanın baş naziri, Kamboca Senatının prezidenti, müxtəlif ölkələrin parlamentlərinin sədrləri, xarici işlər nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak edərək, sülh və barışıq mövzusunda fikir və təcrübələrini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri