Icma.az
close
up
RU
Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıb

Deputat beynəlxalq konfransda Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsindən danışıb

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Milli Məclisin deputatı Könül Nurullayeva Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin 11-ci plenar sessiyası zamanı "Sülh, sülh quruculuğu, barışıq və tolerantlığın qlobal arxitekturasının inkişafı: Hökumətlərin, parlamentlərin və vətəndaş cəmiyyəti təşkilatlarının işbirliyi" mövzusunda çıxış edib.
Newscenter.az-ın xəbərinə görə, deputat bildirib ki, geosiyasi gərginliyin artdığı bir vaxtda dünyada sülhə daha çox ehtiyac var. Sülh təkcə hərbi əməliyyatların dayandırılması deyil, bütün maraqlı tərəflərin fəal iştirakını tələb edən dinamik və çoxölçülü prosesdir: “Hökumətlər sülhə üstünlük verən hüquqi çərçivələrin yaradılmasında mühüm rol oynayırlar. Parlamentlər bu çərçivələrin hesabatlılıq və inklüzivlik prinsiplərinə uyğunlaşdırılmasını təmin edir, vətəndaş cəmiyyətləri isə insanlar arasında tolerantlıq və qarşılıqlı anlaşma mədəniyyətini inkişaf etdirir. Bu elementlərin inteqrasiyası davamlı sülhə nail olmaq üçün zəruri olan işbirliyini yaradır”.

K.Nurullayeva Azərbaycanın sülh quruculuğu ilə bağlı təcrübəsinə diqqət yönəldib. Bildirib ki, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında qaldı. Nəticədə bu, ölkəmizə mədəni və iqtisadi baxımdan çətinliklər yaratdı: “Bununla belə, 2020-ci ildə bu ərazilərin beynəlxalq hüququn norma və prinsiplərə uyğun olaraq işğaldan azad edilməsi dönüş nöqtəsi oldu. Bu, bölgəmizdə barışıq və inkişafa əsaslanan bir fürsət yaratdı. Bu münaqişədən sonra Azərbaycan hərtərəfli sülh quruculuğu prosesinə başlayıb.

Buraya azad edilmiş ərazilərin yenidən qurulması, köçkünlərin təhlükəsiz qayıtmasının təmin edilməsi, sabitliyin möhkəmləndirilməsinə yönəlmiş sosial-iqtisadi infrastrukturun yaradılması daxildir”.

Deputat ölkəmizin davamlı sülhün vacib komponentləri kimi beynəlxalq hüquqa və suverenlik prinsiplərinə sadiqliyini vurğulayıb. Qeyd edib ki, hazırda Ermənistanla sülh müqaviləsini yekunlaşdırmaq üçün fəal şəkildə səylər davam edir: “Bu müqavilə bütün Qafqaz regionu üçün kritik əhəmiyyətə malikdir, çünki o, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində atılmış əsas addımlardan biri ola bilər. Bu müqavilənin uğurla bağlanması tərəqqiyə və inkişafa yol açacaq, regiondakı bütün xalqların rifahını yüksəldəcək. Ona görə də əsas məqsəd Qafqazda sülhü bərpa etmək və qorumaq üçün bu müqaviləni mümkün qədər tez yekunlaşdırmaq və imzalamaqdır.”

Qeyd edək ki, 23-25 noyabr tarixlərində Kambocanın paytaxtı Pnompen şəhərində Sülh və Tolerantlıq naminə Beynəlxalq Parlamentin “Sülh, barışıq və tolerantlıq axtarışı” mövzusunda 11-ci plenar sessiyası keçirilib. Sessiyada Parlamentlərarası Birliyin prezidenti, ASEAN təşkilatının baş katibi, Kambocanın baş naziri, Kamboca Senatının prezidenti, müxtəlif ölkələrin parlamentlərinin sədrləri, xarici işlər nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak edərək, sülh və barışıq mövzusunda fikir və təcrübələrini bölüşüblər.
Ruhiyyə Mehdiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri