Icma.az
close
up
RU
Deputat dövlət büdcəsindən Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin ayrılmasını xahiş edib

Deputat dövlət büdcəsindən Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin ayrılmasını xahiş edib

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputat dövlət büdcəsindən Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin ayrılmasını xahiş edib

"Biz bu gün müstəqillik tariximizin ən böyük büdcə layihəsini müzakirə edirik.
Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat, xərcləri isə 41367,6 milyon manat proqnozlaşdırılır".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert (14481,0 milyon manat) çıxılmaqla, dövlət büdcəsinin gəlirləri son 5 ildə 2 dəfəyə qədər artaraq, 2020-ci ildəki 12,5 milyard manatdan 23,8 milyard manata çatıb:

"Eyni zamanda, qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 43,3 faizdən (10,7 mlyard manat) 2025-ci ildə 51,0 faizə qədər yüksəlib, 19543,0 milyon manata çatıb.
Bu uğurlar ölkədə iqtisadi dayanıqlığı artırır və uzunmüddətli dövr üçün iqtisadi artımı təmin edir. Bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Deputat büdcə haqqında səslənən bütün müsbət fikirlərlə həmrəy olduğumu bildirərək seçicilərin ondan tələb etdiyi məsələləri də qeyd edib:

"Aparılan islahatlar nəticəsində rayonların gəlirləri son illərdə xeyli artmışdır. Hazırda 5 rayon istisna olmaqla 62 şəhər və rayonumuzun gəlirləri xərclərini üstələyir. Bu rayonlar artıq dotasiyadan asılı deyillər. Bir çox şəhər və rayonlarımızın, o cümlədən təmsil etdiyim Lerik rayonunun iqtisadi potensialı bu göstəricilərdən çox yüksəkdir.

Bu potensialı üzə çıxarmaq və ölkənin uzunmüddətli dövr üçün iqtisadi artımını təmin etmək üçün infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var. Lerik rayonu ucqar dağ rayonudur. Relyefi, təbiəti və gözəl mənzərələri ilə böyük turizm potensialına malikdir.

2005-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun, 2012-ci ildə 26,5 km-lik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun, 2018-ci ildə 27 km-lik Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 2019-cu ildə 21 km-lik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə yolunun inşa edilməsi, 2018-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması bu yollar boyu turizm mərkəzlərinin yaradılmasına təkan vermiş, nəticədə bu turizm mərkəzləri və digər iqtisadi subyektlər hesabına Lerik rayonu dotasiya ilə yaşayan rayonlar siyahısından çıxmışdır. Eyni zamanda, bu turizm mərkəzləri rayonda işsiz əhalinin işlə təmin olunmasında mühüm rol oynamışlar.

Lerik rayonunda turizm potensialına görə heç də Lənkəran-Lerik yolu boyu ərazilərdən geri qalmayan bir çox ərazilər də vardır ki, o ərazilərə asfalt örtüklü avtomobil yollarının olmaması o yerlərin böyük turizm potensialından istifadəyə imkan vermir.

Bu ərazilər sırasında, 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon, 18 km-lik Piran-Veri Əliabadı-Veri, 10 km-lik 40-cı km-Əliabad, 25 km-lik Piran-Bürsülüm-Bobla, 14 km-lik Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının tikintisi adı çəkilən ərazilərdə turizmin inkişafına böyük təkan verəcək, bu da öz növbəsində həm büdcə gəlirlərinin artmasına, həm də həmin ərazilərdə yaşayan 30.000 nəfərə yaxın əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına töhfə verəcək.

Qeyd edim ki, adı çəkilən bu yolların layihə-smeta sənədləri bir neçə il bundan əvvəl hazırlanmışdır.
Bu yollardan 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun 2019-cu ildə tikintisi nəzərdə tutulsa da, bu yolun inşası indiyədək həyata keçirilməmişdir. Hansı ki, bu yol Lerik rayonunu Masallı rayonu ilə birləşdirir. Bu yolun inşası 20-dən çox kənddə iqtisadi həyatı canlandıracaq".

Daha sonra deputat dövlət büdcəsinin infrastruktur təyinatlı layihələrin məliyyələşdirilməsinə yönəldiriləcək xərclərində Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin nəzərdə tutulmasını və bu məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Eyni zamanda, deputat vurğulayıb ki, 2013-2017-ci illərdə Lerik rayonunda 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolu inşa edilmişdir:

"Lakin bu yolun çəkilişi hələ tam başa çatdırılmadan avtomobil yolunda asfalt qatı sıradan çıxmış və yol dağılmışdır.
Bu yola baxış keçirən mütəxəssislərin verdiyi rəyə görə, yolun inşası zamanı tikinti-norma və qaydalarına əməl edilməmişdir.

Podratçı təşkilat "Yol tikintinəqliyyatservis" MMC tərəfindən tikintisi həyata keçirilən yolda yaranan qüsurların aradan qaldırılması üçün təşkilata tapşırıqlar verilmiş, yolun qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsi tapşırılmışdır. Lakin yolda heç bir bərpa işləri həyat keçirilməmiş, yol keçilməz halda qalmışdır.
Üzərindən 10 ildən çoxc vaxt keçməsinə baxmayaraq, bu yol indiyədək təhvil alınmamış, podratçı şirkət isə çıxıb getmişdir.

Dövlət büdcəsindən 16,5 milyon manat vəsaitin ayrıldığı bu yolu inşa edən podratçı şirkət tərəfindən tikintinin qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsini təmin etməyi xahiş edirəm".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 26 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri