Icma.az
close
up
RU
Deputat Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ mədən sənayəsindən danışıb

Deputat Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ mədən sənayəsindən danışıb

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Millət vəkili Pərvanə Vəliyeva 23 apreldə Milli Məclisdə keçirilən "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxıb edərək iqlim dəyişmələrinin, ətraf mühitə təsirlərin ərzaq və su təhlükəsizliyinə mənfi təsirlərindən danışıb.
Newscenter.az-ın xəbərinə görə, millət vəkili deyib ki, iqlim dəyişmələri və su ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar kənd təsərrüfatı sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir:
"Son illərdə dünya üzrə müşahidə olunan quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. Qlobal istiləşmə bitkilərin böyüməsini ləngidir, bu da kənd təsərrüfatına geniş təsir göstərərək ərzaq təhlükəsizliyini risk altına qoya bilər. COP29 zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri oldu. Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi Səhiyyə və ərzaq təhlükəsizliyi adlı sessiyada iqlim dəyişmələrinin dünya ərzaq təhlükəsizliyinə mənfi təsirləri və adaptasiya tədbirlərinin dayanıqlı kənd təsərrüfatına töhfəsi müzakirə olundu".
Deputat bildirib ki, Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır:
"Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına baxmayaraq, bitkilərin böyümə dövrlərində yağıntının az olması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir.
Hazırda suvarma suyuna olan tələbatın yalnız 20%-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80%-i isə tranzit suların payına düşür. İndi Həkəriçay, Bərgüşad və Araz çaylarının üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur, ancaq bunu da qeyd etmək lazımdır ki, bu üç çay da tranzit çaylarımızdır və Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayəsi fəaliyyəti nəticəsində uzun illərdir ağır metallarla çirkləndirilir. Bu sahədə advokasiyamızı artırmalıyıq. Çirklənmiş suyun ətraf mühitə, bitkilərə və heyvanlara dolayısı ilə təsiri nəticəsində baş verir. Bioakkumulyasiya və biomagnifikasiya nəticəsində ağır metallar balıqlarda, iribuynuzlu heyvanlarda və digər kənd təsərrüfatı məhsullarında yığılır. İnsanlar bu məhsulları yedikdə tədricən sağlamlıqlarına zərər dəyir. Çirkli su ilə suvarılan bitkilər (tərəvəz, meyvə və taxıllar) bu metalları udur. Uzun müddət bu qidaların qəbulu qaraciyər, böyrək və sümük problemlərinə səbəb ola bilər".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri