Deputat: Ət qiymətləri yüksəkdir
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər".
Bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir: "Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər".
T. Rzayev hesab edir ki, bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər: "Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür".

Komitə sədri: Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir
12 Sentyabr 2025 12:37
Deputat ət qiymətlərinin yüksək olmasının səbəbini açıqlayıb
12 Sentyabr 2025 12:57
Deputat: Bələdiyyələr öz ərazilərində ət köşkləri yarada bilərlər
12 Sentyabr 2025 12:42
Ət qiymətləri rekord səviyyəyə çatdı
24 Avqust 2025 17:33

