Icma.az
close
up
RU
Deputat: “Hələ də insanların bir hissəsi 23 fevralı qeyd edir…”

Deputat: “Hələ də insanların bir hissəsi 23 fevralı qeyd edir…”

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

23 fevral tarixinin gələcəkdə rəsmi olaraq kişilər günü kimi qeyd edilməsi məsələsinə baxıla bilər.

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib.

Deputat bildirib ki, dünyanın müxtəlif yerlərində 23 fevral kimi günlər təsis olunub: “Analar günü, atalar günü, qadınlar günü... Sovet dövründə 23 fevral kişilər günü kimi qeyd olunurdu. Bu həm də ordu ilə bağlı məsələ idi. Hazırkı prosesə baxanda, ümumi prosesi təhlil edəndə bunu nəzərə almalıyıq. Bilməliyik ki, bu cür günlərin həm də əlamətdar rəmzi var. Əslində, hər gün qadınlar, kişilər, analar, atalar günü olmalıdır, lakin o zaman xüsusiləşdirilə bilər ki, insanlar bu günlərin qədrini dəqiq və düzgün formada bilməli, ifadə etməyi bacarmalıdırlar. Əsas insanlar bir-birilərinə hörmət etməli, diqqətlə, həssaslıqla yanaşmalıdırlar. Məsələnin mahiyyətinə varanda, ciddi təhlil edəndə 23 fevralın sovet dövründə qeyd olunan xarakterik bayram olduğunu görəcəyik. Düşünürəm, ölkəmizdə də rəmzi olaraq 23 fevralın kişilər günün kimi keçirilməsi məsələsinə baxıla bilər. Çünki bu gün hələ də insanların bir hissəsi 23 fevralı qeyd edir. Doğrudur, bizdə rəsmi bayramlar çoxdur, amma bu boşluğu doldurmaq, insanların 23 fevrala yanaşmalarını düzgün ifadə etmək üçün idealoji baxımdan belə bir günün qəbul edilməsini nəzərdən keçirə və diqqətdə saxlaya bilərik”.

Qeyd: SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü kimi qeyd olunurdu. Azərbaycan cəmiyyətində bu günün qeyd edilməsinə yanaşma birmənalı deyil.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see180

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri