Icma.az
close
up
RU
Deputat: “Həmin orduda döyüşüb ölənlər şəhid sayılmır”

Deputat: “Həmin orduda döyüşüb ölənlər şəhid sayılmır”

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təəssüflər olsun ki, son illərdə xarici ölkələrdə yaşayan və hansısa hərbi münaqişələrdə həlak olan xeyli sayda soydaşlarımız var. Onlardan bəzilərinin nəşri Azərbaycana gətirilir və burada dəfn edilir. Maraqlıdır ki, belə hallarda mərhumun baş daşına bəzən “şəhid” sözü yazılır.
Bəs bu nə qədər doğrudur?
Nəzərə alaq ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində “şəhid” anlayışı aşağıdakı kimi təsvir edilib:
 

MÖVZU İLƏ BAĞLI:
Baş prokurorluqdan xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır


“Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”.
Qanunun 7-ci maddəsində göstərilir ki, bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Yəni xarici ölkədə vuruşaraq ölən şəxs qanunvericiliyə əsasən şəhid hesab edilmir.
Bəs İslama görə kimlər şəhid sayılır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov deyir ki, şəhidlik İslama məxsus bir addır:
 

“İslamda şəhid adı o şəxslərə verilir ki, Vətən uğrunda canlarından keçirlər. Əgər sən bir ölkədə yaşayırsansa, həmin ölkə təcavüzə məruz qalırsa və sən təcavüzə qarşı döyüşlərdə həlak olursansa, sən şəhid hesab edilirsən. İslamda bu belədir.  Yox, sən təcavüz edən ölkədə yaşayırsansa və təcavüzkar ordu sıralarında vuruşarkən ölürsənsə, o zaman İslam sənin şəhidliyini qəbul etmir.


Yəni təcavüzkar ordunun ölən döyüşçüsü İslama görə şəhid sayılmır. Azərbaycan qanunvericiliyinə görə isə yalnız Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə şəhidlik adı və statusu verilir”.
Xatırladaq ki, Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur”, - məlumatda bildirilib.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri