Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Deputat hünəri var, uduzsun dedi Ay Zubir, sən topu götürəndə...

Deputat hünəri var, uduzsun dedi Ay Zubir, sən topu götürəndə...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Demokrat.az Milli Məclisin 82 saylı İmişli - Saatlı seçki dairəsindən deputatı Səyyad Aran Sportnet.az-a verdiyi müsahibəni təqdim edir:
- "İmişli"nin oyunlarına baxmağa vaxtınız olurmu?
– Oyunlara televiziya vasitəsilə baxmağa vaxtım olur. Çox təəssüf ki, komandamız ev oyunlarını Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirə bilmir. Stadionumuzun vəziyyəti elə bir gündədir ki, orada oynamaq olmur. Mən keçmişdə rayon yığma komandasının qapıçısı olmuşam, futbolla çox yaxınam. 1966-cı ildan bəri bütün dünya çempionatlarını, eləcə də Avropa çempionatlarını və Olimpiya Oyunlarını izləmişəm. Yəni, tarixən futbola bağlı adamam, futbolla bağlı müəyyən biliklərim, təcrübəm var, dünyada baş verən hadisələri görmüşəm. Bu mənada, klub prezidenti Kamran Eyyubova da dedim, komandanın ev oyunlarına mütləq gedib baxacağam, təki Milli Məclisin iclaslarının keçirildi II və V günlərə düşməsin. İxtiyarım yoxdur ki, Parlamentin iclaslarını buraxıb, oyuna gedim. 
- Bu aydan "İmişli" ev oyunlarını Qubada keçirəcək...
- Çalışaram ki, Qubaya da gedim, çünki bu, prinsipial mövqeyimdir. Mən komandamın Premyer Liqaya çıxmasını çox şiddətlə arzulamışam. Bunu İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin komanda üzvləri ilə görüşündə də dedim. "İmişli" komandası hələ “Araz” adlandırıldığı vaxt SSRİ çempionatının aşağı liqasına düşmüşdü. O zamanlar da normal stadionumuz olmadı deyə, 2-ci yeri tutmağımıza baxmayaraq, 3-cü olan Lənkəran komandası bizim əvəzimizə keçmiş ittifaqın çempionatında iştirak etdi. Bax, İmişlinin bu mənada çox zəngin futbol ənənələri var.
- "İmişli"nin səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazandığı Premyer Liqanın III tur matçını izlədinizmi?
– Bəli, izlədim. Məsələ nədədir: "Sabah" "İmişli"yə debütant kimi yanaşdı. Fikirləşdilər ki, bunlar uşaq-muşaqdırlar. Lakin "İmişli" xarakter göstərdi və çox böyük əzmkarlıqla çıxış edərək, 67-ci dəqiqədə qol vurdu. Abbas Ağazadə qol epizodunda yerini tutdu, qüvvətli zərbə ilə qələbə topunu vurdu. Hələlik pis nəticə deyil: 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Amma gəlin unutmayaq ki, “Turan Tovuz” oyunun bitməsinə 3 saniyə qalmış bizə qol vurdu. Bu, artıq uşaqların təcrübəsizliyi ilə bağlı məsələ idi. Mən bu sözü xüsusi ilə qabartdım, komanda üzvlərinə də dedim ki, köklü komandalar – “Qarabağ”, “Sabah”, “Zirə”, “Neftçi” və o biriləri – onların müəyyən taktikaları var, oyunun axırına yaxın hansısa B planı, C planı, ev tapşırığı olur. Sürətlə oyunun axırına yaxın hansısa cinahdan hücuma keçirlər, zəif bildikləri cinahdan və oradan gediş edərək qapının ağzına gəlirlər, cərimə meydançasına girirlər. Hansısa oyunçu boş qalır və ona top ötürürlər, o da müdafiəçilərin çaşqınlığından istifadə edərək, topu qapıdan keçirir. Bizim elə Azərbaycan klublarına da, dünyaca məşhur komandalar belə edir, heç nədən qol buraxırıq. İndi Allah eləsin, görməyək.
- "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri barədə nə deyə bilərsiniz?
- Ən sonuncu oyun İngiltərədə “Liverpul”a qarşı olacaq. Lakin bizim dişimizə uyğunu Danimarka “Kopenhagen”idir. Çünki onları 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırmışıq. Bircə bu komandaya dişimiz batar. İndi o biri komandalara da baxaq, görək öz meydançamızda necə oynayacağıq. Lakin məsələn, “Liverpul” və “Çelsi” dünyanın nəhəng klublarıdır. “Çelsi”yə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşəndə də hər iki oyunda uduzmuşduq. Səfərdə də, evdə də çox ağır məğlubiyyətlər almışdıq (0:6, 0:4 - red.). Futbolçuları daim yolun uzunluğundan şikayətlənirlər. Ümumiyyətlə, Avropada Azərbaycana və Qazaxıstana qarşı dünya futbolunda belə fikir formalaşıb: "Biz bunların komandaları ilə düşməyək, çünki dünyanın o başındadırlar". Orada ölkələr bir-birilərinə olduqca yaxındır, bəzən avtobusla gedirlər və bu, onların işinə yarayır. Bizə gəlmək isə yol yorğunluğudur.
- "Qarabağ"ın çıxışında hansı diqqətçəkən xüsusiyyətləri qeyd edərdiniz?
- Mənə elə gəlir ki, “Qarabağ”ın oyununda artıq Avropa futbol məktəbinin elementləri özünü büruzə verir. "Divar ötürmələri" çox yüksək səviyyədə həyata keçirilir. Sonra bir dənə də kədərli fakt deyim: Abdullah Zubir yorulub. Zubir rəqiblərini əvvəlki kimi aldadıb keçə bilmir, ya da Zubirin taktikasını əməlli-başlı öyrəniblər. Komandanın əsas futbolçularından biri, yarımmüdafiəçidir. Yarımmüdafiəçilər futbolda həmişə çox mühüm funksiya yerinə yetirirlər. Hücumçuların funksiyası budur ki, ona top ver, imkan axtarsın və qol vursun. Lakin orta sahə oyunçusu zəhmət, əziyyət çəkir, kombinasiya qurur, irəlidəki hücumçuya ötürmə verməyə çalışır. Yəni, yarımmüdafiəçilərin funksiyası çox ağırdır. Yenə deyirəm, Zubir artıq yorulub.
- Nə qədər yorulsa da, "Qarabağ"da 38 yaşınadək çıxış etmiş Rəşad Sadıqov nümunəsi var...
- Mən nəyi xatırlayıram: Rəşad Sadıqovun axırıncı oyunları yadınızdadır? Necə səhvlər edirdi?! Qurban Qurbanov deyə bilmirdi ki, get. Özü də başa düşə bilmirdi ki, getmək lazımdır. O, 2 il artıq oynadı. Onun neçə səhvləri oldu?! Mənim gözümün qabağındadır, səhvlər etdi və nəticədə komandamıza qollar vurdular. Gərək, Zubir də belə etməsin. Zubir, sən topu götürüb qapıya yaxınlaşmaq üçün yeni üsul, yeni gediş tap. Çünki artıq sənin gedişlərini bilirlər. Səni aldadırlar, topu əlindən alırlar. Baxın, Macarıstan "Ferentsvaroş"una qarşı Çempionlar Liqasının pley-off oyunlarında sadəcə, bəxtimiz gətirdi. Zubir yaxşı top ata bilmirdi. Əvəzində Leandro Andrade yaxşı ötürmə etdi və Zubir qol vurdu. Rəqib də çaşdı və bunun ucbatından qapısından ikinci topu buraxdı. Fasilədən sonra onlar iki qol vursalar da, xeyri olmadı. Bir tərəfdən, azarkeşlər imkan vermədi, digər tərəfdən, deyərdim ki, bəxtimiz gətirdi. Yoxsa, hər cür hesab ola bilərdi.
- Lakin "Qarabağ"ın da qol epizodları çox oldu...
- Düzdür, bizim də bəzi epizodlarda bəxtimiz gətirmədi. İkinci hissədə Emmanuel Addai Nəriman Axundzadəyə ötürmə verməli idi. Amma getdi və topu qapıdan xeyli aralı vurdu. Ondan qabaq Marko Yankoviçdə də oxşar epizod idi. Ötürmə vermək lazım idi. Sən niyə yalnız özünün qol vurmalı olduğunu düşünürsən? Lazım deyil! Komandanın mənafeyini gedmək lazımdır. Mən "İmişli" ilə görüşdə futbolçulara da dedim: Ayrı-ayrı ulduzlar bəzən komanda üçün heç nə edə bilmirlər. Məsələn, Kriştianu Ronaldu "Əl Nəsr"i Səudiyyə Ərəbistanının çempionu edə bilmir. Eynilə Kilian Mbappe İspaniya "Real Madrid"ində bir şey edə bilmir. Fransa PSJ-sində ikən Mbappe üçün oynayan futbolçular o, getdikdən sonra özləri ulduz oldular, birləşərək, Çempionlar Liqası və UEFA Super Kubokunu qazandılar. Mən də "İmişli"nin futbolçularına dedim ki, ulduz komanda yaratmağa, hamınız bir-birinizin mənafeyinə uyğun hərəkət edin və qalib gəlməyə çalışın. Əsas qələbədir, kimin qol vurması deyil.
- Azərbaycan milli komandası ilə fikirləriniz necədir: İslandiya və Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə oyunlarından nə gözləyirsiniz?
– (dərindən ah çəkir - red.) Milli komanda uduzsa, mən Milli Məclisdə çıxış edib Qurban Qurbanovun namizədliyini irəli sürəcəyəm. Kifayət qədər yaşım və futbol praktikam var. Qəti əminəm və bu qənaətdəyəm ki, bizim komandamızı çalışdıra biləcək baş məşqçi yalnız və yalnız Qurban Qurbanovdur. “Qarabağ”da da qalsın, milli komandanı da çalışdırsın.
- Qurban Qurbanov bir dəfə millidə baş məşqçi olmuşdu...
- Oldu, amma imkan vermədilər. Bu, belə olmalı deyil. Milli komandanın baş məşqçisinin işinə heç kim qarışmalı deyil. Özü bilər kimi oynadar, özü komandasının düzülüşü, taktika və strategiyasını müəyyənləşdirər. Heç kim mane olmamalıdır. Bu gün milli komandada baş məşqçi yalnız və yalnız Qurban Qurbanov ola bilər. Özü də tam hazırdır, sadəcə, heç kim qarışmasın, yandan heç kim ona nə isə deməsin. Keçən dəfə onun başına oyun açdılar, çox müdaxilə etdilər. O da hirsləndi, çıxdı getdi. Komandanı yalnız və yalnız Qurban Qurbanov dirçəldə bilər. Həm "Qarabağ"ı, həm də millini ona versinlər.
- Hazırkı baş məşqçi Fernandu Santuşun işini necə qiymətləndirirsiniz?
- Santuşun rəhbərliyi altında milli komandamız rəsmi oyunlarda hansısa bir avara komanda ilə heç-heçə edib ((Estoniya ilə 1:1 - red.), qalanlarını isə uduzub. Ümumilikdə isə 14 oyunda 2 heç-heçə, 12 məğlubiyyət alıblar. Bircə qələbə də yoxdur. Bu, rüsvayçılıqdır. Bu qədər oyunu uduzuruqsa, biz onu neynirik?! Mən Milli Məclisdə çıxış edəcəyəm ki, Qurban Qurbanov millidə baş məşqçi olmalıdır. Münasibətimi bildirəcəyəm. Keçən dəfə onu işləməyə qoymadılar. Həm də baş məşqçidən qısa vaxtda nəticə tələb etmək düzgün deyil. Qurbanova cəmi 1 il vaxt verdilər. Halbuki Berti Foqtsu 6 il işlətmişdilər. Foqtsa dözdülər, amma nəticəsi nə oldu? Qurban Qurbanova da 2-3 il vaxt vermək lazımdır. Yığmada bir ilə ondan nəticə gözləmək lazım deyil. 3 il işləsin, ondan sonra nəticə gözləyərsən. O, millini quracaq. Başqa heç kim bacarmayacaq. Çünki xaricdən gələn baş məşqçilər bizim millətin mentalitetini, daxili keyfiyyətlərini, xüsusiyyətlərini anlamır, başa düşmür. Amma Qurban Qurbanov başa düşür. O, mükəmməl milli komanda yarada bilər. İndi Santuşun hünəri var, İslandiyaya uduzsun. Onu rüsvay edəcəyəm, sizlər də eşidəcəksiniz.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri