Deputat: İdman ixtisasları müasir yanaşmalar əsasında təkmilləşdirilməlidir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət, xüsusilə regionlarda yaradılan idman mərkəzləri nəticəsində Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman arenalarında dalğalanan Azərbaycan Bayrağı və səslənən Dövlət Himnimiz, qazanılan qələbələr milyonlarla insanın sevincinə çevrilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.
Bədən tərbiyəsinin güclü xarakterin formalaşmasına kömək etdiyindən danışan deputatın sözlərinə görə, texnologiyanın fiziki aktivliyi azaltdığı bir dövrdə insanların sağlamlığında idman əvəzsiz rol oynayır. Əlçatan infrastrukturun təmin olunması və gənclərin idmana təşviq edilməsi olduqca vacibdir.
“Son dövrlərdə digər sahələrdə olduğu kimi, idman sahəsində də ciddi inkişaf müşahidə olunur. Məqsədimiz yalnız əldə etdiyimiz uğurları qoruyub saxlamaq deyil, eyni zamanda onları daha da genişləndirməkdir. Bunun üçün idman ixtisasları müasir yanaşmalar əsasında təkmilləşdirilməlidir. Bu isə təhsildən başlayan və kompleks tədbirlərlə həyata keçirilən sistemli fəaliyyət nəticəsində mümkündür”,-deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Mart 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















