Dərmanlar elektron resept əsasında veriləcək Deputat AÇIQLADI
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qanunun 20-ci maddəsində elektron reseptin tətbiqi ilə bağlı müddəalar qeyd edilir. Sığortaolunanlara dərman vasitələrinin elektron resept əsasında verilməsi nəzərdə tutulur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, "Yod çatışmazlığının profilaktikası haqqında" Qanunun 15.27-ci maddəsində dərman vasitələrinin informasiya sistemindən götürülmüş elektron resept əsasında verilməsi nəzərdə tutulur.
"Həmçinin, "Tibbi sığorta haqqında" Qanunun 15.27-ci maddəsində icbari tibbi sığorta təminatı çərçivəsində elektron reseptin tətbiqi nəzərdə tutulub. Bu yanaşma Azərbaycan Respublikasında həyata keçirilən elektronlaşma siyasətinə tam uyğundur. O baxımdan, qanun layihəsinin 15-ci maddəsinə elektron resept anlayışının daxil edilməsi və bunun nəzərə alınması məqsədəuyğun olardı".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 İyul 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















