Icma.az
close
up
RU
Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil

Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur. Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə, vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsüsilədə regionlarda bu fərq daha çoxdur".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

O bildirib ki, provayderlərin texniki imkanlarının artırılması müqabilində bu probelm aradan qaldırıla bilər: "Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin".

N.Həməzyev qeyd edib ki, Gənclər və İdman nazirliyi tərəfində radiolarda çox maraqlı sosial çarxlar səsləndirilir: "Bunu alqışlayıram. Amma Gəncləri idmanla məşqul olmağa dəvət edməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1 dir. Hökümət üzvlərinin eyni zamanda idman federasiyyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilədə Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz".

Parlamentin üzvü deyib ki, ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır: "Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi - uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növəti illərdə heç olmasa 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də  yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı".

Millət vəkilinin sözlərinə görə, universitetlərdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır, bu, sevindiricidir: "Lakin tələbə yataqxanalarının azlığı valideyinlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərçik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə Gəncədə təsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş Nazir xahiş edirəm bu təklifimin araşdırılması dair göstəriş verəsiniz".

O, digər məsələyə də diqqət çəkib: "Gəncə şəhərində Balabağban, Böyükbağban və totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsinə dəstək olasınız".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see182

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see148

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see123

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see118

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see116

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see114

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri