Icma.az
close
up
RU
Deputat İsveçə uduzan millimizə: “Heç olmasa, dua edin, topu külək aparıb qapıya salsın…”

Deputat İsveçə uduzan millimizə: “Heç olmasa, dua edin, topu külək aparıb qapıya salsın…”

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının VI tur oyununda İsveç yığmasına 6:0 uduzmasından sonra baş məşqçi Fernandu Santuşun istefa verməsi ilə bağlı tələblərə münasibət bildirib. 

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan futbolunun indiki vəziyyəti barədə dəfələrlə danışılıb, lakin məsələ müzakirə olunmadığına görə yaxşıya doğru heç bir dəyişiklik hiss olunmur.

“Buna görə indi Santuş nə etsin? Oturmuşdu də Portuqaliyada. Onu kim gətirib? Niyə çağırmısınız? Hər şeyin strategiyası olmalıdır. Canni De Byazi Santuşdan daha yaxşı məşqçi idi. Bunu ona görə rahatlıqla deyirəm ki, Santuşun milliyə gətirilməsinin əleyhinə olmuşam. Santuş çox dəyərli, öz karyerasını təsdiq etmiş, Avropa çempionu olmuş böyük məşqçidir. O nə edə bilər? De Byaziyə bir az imkan yaratmaq lazım idi ki, tədricən komandanı inkişaf etdirsin. İsveçlə oyun gözlənilən nəticə idi. Hələ İsveç komandası az qol vurub. Penaltini da qaçırdılar, Allah razı olsun. Onu da vursaydılar, rekord qırardılar. Hardasa, bizim rekordda 10:0 falan var. Yenə yaxşı qurtarmışıq. Bu baxımdan millinin oyunundan başqa gözlənti olması da doğru deyil. Söhbət hesabdan yox, oyundan gedir. Komanda bir qol vura bilmir. Necə ola bilər? Estoniyaya qol vura bilmir. Bir qol vurulub, o da penaltidən. Başqa cür qol vurulmayıb. Doğrudanmı bu komandada hücum – heç nə yoxdur? Top qapıya təsadüfən, küləklə salınır? Heç olmasa, dua etsinlər, topu külək aparıb qapıya salsın. Dua da edə bilmirlər. Bəs indi biz necə edək? Yəni bu, Santuşla bağlı məsələ deyil, futbolun ümumi vəziyyətidir, idarəetməsi ilə bağlı problemdir. Bu, ciddi şəkildə masaya yatırılıb müzakirə olunmalıdır. Kifayət qədər çıxış yolları var. Futbol elə şeydir ki, ona həvəskar formada baxılmaz, ağılla, zəka ilə, gələcək strategiya ilə baxılar. Dünyada yüz təcrübə var, bu təcrübələrdən biri kimi baxılar. Uşaq futbolunun inkişafı ilə bağlı “ciddi işlər” görürlər, onun nəticəsi nədir? 10-15 il qabaq uşaq futbolunda olan problem indi böyüklərdə özünü göstərir. Futbolçu Aydan gəlib düşməyəcək ki…”, – deputat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri