Icma.az
close
up
RU
Deputat İsveçə 6:0la məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Deputat İsveçə 6:0la məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxaraq biabırçı bir nəticə ilə məğlub oldu. Qarşılaşma İsveçin 6:0 hesablı qələbəsi ilə başa çatdı. Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz, təssüf ki,  D divizionuna yollanır… Halbuki AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin əzmi İsveçi 3-0 məğlub etmişdi. Hətta bu, İsveç mətbuatında geniş rezonansa səbəb olmuşdu. Amma dünənki oyun  mənə Fransa-Azərbaycan futbol oyununun ardından mərhum ulu öndər Heydər Əliyevin  o vaxtkı Azərbaycan millisinin baş məşqçisi olmuş Ağasəlim Mircavadova zəng edərək, “Ağasəlim, bəs qapıçı aparmamışdınız?” sualını xatırlatdı. Həqiqətən də, aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan futbolundakı dünənki mənzərə hər kəsi məyus etdi”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, idman hər bir dövlətin, xalqın həyatında mühüm rol oynayır: “Düşünürəm ki, hər şeydən əvvəl problemin ən ibtidaisindən başlamalıyıq. Bizə transferlər yox, yetişdirilmiş futbolçular lazımdır. Uzun illərdir, bu barədə təkliflər səsləndirirəm, uşaq futbolunun inkişafının  üzərində ciddi dayanılmasının zəruri olduğunu qeyd edirəm. Hazırda Bakı və Gəncə kimi böyük şəhərlərə nəzər salsaq, uşaqların rahat şəkildə futbol oynaya biləcəyi nə qədər az meydança olduğunu görərik. Elə deputatı olduğum Gəncə şəhəri barədə deyirəm ki, məhəllələrdəki meydançalar təmir olunub, uşaqların ixtiyarına verilməlidir, həmçinin məktəblərdə tədris olunan bədən tərbiyəsi dərs saatlarının səmərəliyi də vacibdir. İndiki dövrdə onsuz da yeni texnologiya uşaqları evə həbs edib. Bunun qarşısını alıb, uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik. Bu işdə məktəbdən tutmuş ailələrə qədər heç kim öz əməyini əsirgəməməlidir. Dünənki kimi məğlubiyyətlərin qarşısını almaq üçün gecikmədən lazımi tədbirlər görülməlidir…”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri