Icma.az
close
up
RU
Deputat İsveçə məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Deputat İsveçə məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxaraq biabırçı bir nəticə ilə məğlub oldu. Qarşılaşma İsveçin 6:0 hesablı qələbəsi ilə başa çatdı. Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz, təssüf ki,  D divizionuna yollanır... Halbuki AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin əzmi İsveçi 3-0 məğlub etmişdi. Hətta bu, İsveç mətbuatında geniş rezonansa səbəb olmuşdu. Amma dünənki oyun  mənə Fransa-Azərbaycan futbol oyununun ardından mərhum ulu öndər Heydər Əliyevin  o vaxtkı Azərbaycan millisinin baş məşqçisi olmuş Ağasəlim Mircavadova zəng edərək, "Ağasəlim, bəs qapıçı aparmamışdınız?" sualını xatırlatdı. Həqiqətən də, aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan futbolundakı dünənki mənzərə hər kəsi məyus etdi”. 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib. 
Deputat bildirib ki, idman hər bir dövlətin, xalqın həyatında mühüm rol oynayır: “Düşünürəm ki, hər şeydən əvvəl problemin ən ibtidaisindən başlamalıyıq. Bizə transferlər yox, yetişdirilmiş futbolçular lazımdır. Uzun illərdir, bu barədə təkliflər səsləndirirəm, uşaq futbolunun inkişafının  üzərində ciddi dayanılmasının zəruri olduğunu qeyd edirəm. Hazırda Bakı və Gəncə kimi böyük şəhərlərə nəzər salsaq, uşaqların rahat şəkildə futbol oynaya biləcəyi nə qədər az meydança olduğunu görərik. Elə deputatı olduğum Gəncə şəhəri barədə deyirəm ki, məhəllələrdəki meydançalar təmir olunub, uşaqların ixtiyarına verilməlidir, həmçinin məktəblərdə tədris olunan bədən tərbiyəsi dərs saatlarının səmərəliyi də vacibdir. İndiki dövrdə onsuz da yeni texnologiya uşaqları evə həbs edib. Bunun qarşısını alıb, uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik. Bu işdə məktəbdən tutmuş ailələrə qədər heç kim öz əməyini əsirgəməməlidir. Dünənki kimi məğlubiyyətlərin qarşısını almaq üçün gecikmədən lazımi tədbirlər görülməlidir...” 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri