Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Deputat Malayziyada forumda İŞTİRAK EDİB

Deputat Malayziyada forumda İŞTİRAK EDİB

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Deputat Pərvanə Vəliyeva Malayziya Parlamenti, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA)  və Şərqi Asiya üzrə İqtisadi Araşdırmalar İnstitutunun (ERİA) birgə təşkil etdiyi beynəlxalq forumda iştirak edib. 
Modern.az xəbər verir ki, forum çərçivəsində “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi: Geosiyasi gərginliklər dövründə asılılığın azaldılması”, “İqlim kəsişməsi: Sıfır emissiya istiqamətində addımların sürətləndirilməsi” və digər mövzularda müzakirələr aparılıb. Tədbir Malayziya Parlamenti nümayəndələr Palatasının sədri və AIPA prezidenti Tan Sri Dato Cohari bin Əbdül və AIPA-nın baş katibi xanım Siti Rozaimeriyantinin açılış nitqi ilə başlayıb. 
Pərvanə Vəliyeva forum çərçivəsində keçirilən “Qeyri-sabit dünyada enerji təhlükəsizliyi” adlı panel sessiyada çıxış edib. O, Azərbaycanın enerji təhlükəsizliyi vizyonunun ASEAN ölkələrinin qəbul etdiyi enerji strategiyası ilə sinerji təşkil etdiyini bildirib. Qeyd edib ki, ASEAN-ın enerji keçidinin bərabərsizliyi dərinləşdirməməsini təmin etmək öhdəliyi — Azərbaycanın “sosial ədalət ilə yaşıl inkişaf” vizyonu ilə uzlaşır.
P.Vəliyeva qeyd olunan hədəflərə çatmaqda parlamentin fəal rol oynadığını qeyd edərək, güclü hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanda qəbul edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunun” enerji səmərəliliyinin artırılmasında dövlət dəstəyini ifadə etdiyini və ölkədə “yaşıl” enerjinin tətbiqini stimullaşdırdığını, həmçinin, bu sahədə dövlət-özəl tərəfdaşlığının vergi güzəştləri ilə təşviq edildiyini bildirib.
Azərbaycanın regional enerji təhlükəsizliyinə yanaşmasının ötən ay Kuala Lumpurda keçirilmiş 46-cı AIPA Baş Assambleyasında qəbul edilmiş “ASEAN parlamentlərinin davamlı və ədalətli enerji təhlükəsizliyinin təminində rolunun gücləndirilməsi” adlı Qətnamədə göstərilən əsas prioritetlərlə də üst-üstə düşdüyünü bildirib. Belə ki, Azərbaycan dünyada etibarlı enerji tərəfdaşı olaraq enerji təhlükəsizliyinin sülh, regional əməkdaşlıq və iqtisadi inkişafa dərindən bağlı olduğu fikrini bölüşür. Asiya və Avropanı coğrafi baxımdan birləşdirən ölkəmiz uzun illərdir regionlar arasında körpü rolunu oynayıb — bu gün isə balanslaşdırılmış enerji siyasəti vasitəsilə həmin körpünü yaşıl enerji əməkdaşlığı dəhlizinə çevirir. Azərbaycan 4 yaşıl enerji dəhlizi və 3 yaşıl enerji zonası daxil olmaqla, yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə onlarla layihə həyata keçirir ki, bu da ölkəmizi regionun enerji “hub”-na çevirib.
Ölkəmizin COP29-a evsahibliyindən söz açan deputat bildirib ki, Azərbaycan ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının tərəflər konfransına uğurla ev sahibliyi edib və Azərbaycan bu təcrübəyə əsaslanaraq enerji dayanıqlılığı, o cümlədən, ədalətli keçid mövzusunda qlobal dialoqu təşviq edir. COP29 sədrliyi enerji keçidini dəstəkləmək məqsədilə yeni təşəbbüslər irəli sürüb və bu təşəbbüslər 2030-cu ilə qədər bərpa olunan enerjinin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması çağırışına cavab olaraq formalaşdırılıb: 
“Biz enerji sahəsində ASEAN-ın enerji təhlükəsizliyi yol xəritəsi ilə səsləşən üç əsas təşəbbüsü də işə salmışıq: Qlobal Enerji Saxlama və Şəbəkələr Öhdəliyi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Öhdəliyi və Hidrogen Bəyannaməsi. ASEAN ölkələri də fəallıq nümayiş etdirərək bu öhdəliklərə qoşulmuşdur.
Tədbir çərçivəsində P.Vəliyeva yerli kanala müsahibə verərək, Azərbaycanın uğurlu təcrübəsindən danışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri