Deputat: Manatın məzənnəsi sabit qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. Bu 5 və daha çox uşağı olan anlara şamil olunur. İndi 5 uşağı və ondan yuxarı olan ailələrin sayı çox azdır. Ona görə də bu güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməsi sosial nöqteyi nəzərdən çox ədalətli olardı".
Qaynarinfo xəbər veri ki, bu sözləri Milli məclisin iclasında büdcə müzakirəsi zamanı deputat Əli Mənsimli deyib
Deputatın fikrincə, elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa az qalmış müddətdə insanlar pensiya kapitalından istifadə edə bilsin:
"Əgər vətəndaş pensiyaya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericilikdə dəyişikliklərin edilməsi vacibdir. Biz sosial sahəyə 17.1 milyard manat vəsait ayırırıq. Bu çox böyük bir rəqəmdir. Amma həmin vəsaitin öz təyinatına görə istifadə edilməsi daha aktual məsələdir".
Deputat həmçinin qeyd edib ki, manatın məzənnəsi sabit qalsa da manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşməkdə davam edir:
"Bu son dövrlərdə özünü daha qabarıq göstərir. Bir neçə il bundan qabaq 100 manata aldığımız mal və məhsulların indi heç yarısına qədərinihəmin pula almaq mümkün deyil. Ona görə də bu 17.1 milyard manat vəsaitin daha çox hissəsini infilyasiyanın yeminə yox, əhalinin, pensiyaçıların güzəranının yaxşılaşmaına yönəlməsinə ciddi tədbirlərin həyata keçrilməsini vacib hesab edirəm".
Qafqaz Rafiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 20 Noyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















