Deputat metro keçidləri ilə bağlı təhrif olunan fikirlərinə düzəliş etdi: ”Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil”
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dediyim fikirlər təhrif olunub. Mənim metro keçidəri ilə bağlı son açıqlamam təkcə 20 Yanvar metrostansiyasına aid deyil. Bu, həm də “Nizami”, “28 May” və digər metrostansiyalarındakı keçidlərdəki vəziyyətlə bağlıdır. Bütün metro keçidərində insanların gediş-gəlişinə mane olan hansısa ticarət obyektləri varsa, onların hər biri haqqında müəyyən tədbirlər görülməlidir. Qayda-qanun, nizam-intizam, insanların rahatlığı hər bir kəs tərəfindən qorunmalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Millət vəkili hər kəs tərəfindən qanunlara əməl olunmasının vacibliyinə toxunub:
“İnsanlar belə vəziyyətlər barədə narazılıqlarını bildirirlər və öz tələblərində haqlıdırlar. Ancaq sahibkarların da vəziyyəti nəzərə alınmalıdır. Onlar üçün lazımı yerlərdə şərait yaradılmalıdır. Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil. İnsanlar öz çörək pullarını çıxarmaqdan ötrü mütləq xırda sahibkarlıqla məşğul olmalıdırlar. Amma bu sahədə qanunun tələblərini mütləq yerinə yetirməlidirlər”.
Qeyd edək ki, bir neçə aydır metronun “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri səbəbsiz yerə dayandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bunun səbəbini COP29-la bağlı əlaqələndirsə də, ancaq paytaxtın ən çox turist ziyarət etdiyi ərazilərdə, o cümlədən “5 Mərtəbə” və “28 May” keçidlərində ticarət fəaliyyəti davam etdirilir.
Törə Zeynallı
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Deputat metro keçidləri ilə bağlı təhrif olunan fikirlərinə düzəliş etdi: ”Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil”
23 Noyabr 2024 18:30
Deputat metro keçidləri ilə bağlı təhrif olunan fikirlərinə düzəliş etdi: ”Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil” KONKRET
23 Noyabr 2024 18:12
Deputat metro keçidləri ilə bağlı təhrif olunan fikirlərinə düzəliş etdi: ”Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
23 Noyabr 2024 18:50
Sahibkarlara kompensasiya ödənilsin, qara bazar yaranar Deputat
26 Dekabr 2025 14:54
Sahibkarlara şad xəbər: bundan azadsınız Deputat şərti açıqladı
12 Yanvar 2026 13:40
Baxış sayı:113
Bu xəbər 23 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları