Icma.az
close
up
RU
Deputat müavinlərin fəaliyyətsizliyindən danışdı: DÜYMƏNİ BAĞLAYIB DİK DAYANMAQ KİFAYƏT DEYİL

Deputat müavinlərin fəaliyyətsizliyindən danışdı: DÜYMƏNİ BAĞLAYIB DİK DAYANMAQ KİFAYƏT DEYİL

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bəzi dövlət idarələri, nazirliklər və komitələr var, həmçinin dövlət və publik hüquqi şəxslər fəaliyyət göstərir. Lakin orada müavinlər çox zaman yalnız rəmzi vəzifədə qalır; işlərin həlli ya köməkçilər, ya da müşavir tərəfindən həyata keçirilir. Qalanları sadəcə maket kimi otururlar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib:

“Mən həmişə sual vermişəm: əgər müavin hər hansı bir məsələni həll etmək səlahiyyətinə malik deyilsə, sözü keçmirsə, o zaman orada oturmasının mənası nədir? Yəni müavin postu ona lazımdır ki, gələcəkdə nazir olsun, amma xalq üçün heç bir faydası yoxdur.

Hər kəs yalnız özünü düşünə bilməz. Ona görə də mən hesab edirəm ki, hər bir müavinin ciddi səlahiyyətləri olmalıdır. Öz sahəsinə görə məsuliyyət daşımalı, işləri həyata keçirib nəticə ortaya qoymalıdır. Əlbəttə, bəzi məsələlər nazirlər tərəfindən razılaşdırıla bilər, bu normaldır və bütün dünyada belədir. Amma müavin yalnız məruzəçi olmamalıdır; onun xüsusi səlahiyyəti olmalı və konkret işləri yerinə yetirməlidir. Təəssüf ki, bir çox hallarda biz bunun şahidi olmuruq”.

Deputat qeyd edib ki, müavinlər məsələləri həll edə bilmir:

“Bütün işlər birinci şəxsdən asılı qalır, onlar isə pencəklərinin düyməsini bağlayıb dik dayanırlar və bəzi hallarda arxaya çəkilirlər. Bu, qəbul edilməzdir.

Ölkədə idarəçilik problemləri kifayət qədər çoxdur və müxtəlif sahələrdə bu məsələlər ciddi şəkildə həll olunmalıdır. Mən düşünürəm ki, bu sahədə geniş araşdırmalar aparılmalıdır. Əslində, dövlət bu problemlərin nədən ibarət olduğunu bilir, və Cənab Prezidentə də məlumat verilib.

Bəzi hallarda bu məsələlər referendum vasitəsilə həll oluna bilər. Hazırda isə bunun baş verib-verməyəcəyini bilmirəm, amma düşünürəm ki, bəzi məsələlər məhz referenduma bağlıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri