Icma.az
close
up
RU
Deputat parlamentdə rezident həkimlərin problemlərini QALDIRDI

Deputat parlamentdə rezident həkimlərin problemlərini QALDIRDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Bu gün ölkəmizdə rezident həkimlər real əməyin bütün yükünü daşıdıqları halda onların hüquqi statusu tam tənzimlənməmiş qalır. Onlar növbələrə qalır, hansı ki, qalmalıdır, pasiyent qəbul edirlər, stasionar və təcili yardım prosesində iştirak edirlər, əməliyyatlara girirlər, girməlidirlər, onların təhsilinin bir parçasıdır. Faktiki olaraq tibb personalı kimi xəstəxanalarda və ölkənin aparıcı xəstəxanalarında fəaliyyət göstərirlər. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə ya tam təmin olunmayıb, ya daki rezidentura proqramını təhsilin yeddinci mərhələsi olan magistraturaya ekvivalentdir və dövlət büdcəsindən ayrılmış təqaüd qarşılığında Elm və Təhsil Nazirliyi tərəfindən Səviyyə Nazirliyinə göndərilən və onlar da əmək müqaviləsi qarşılığında ödəmə kimi həmin şəxslərə verilir".

Redaktor.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə büdcə müzakirələri zamanı bildirdi.

"Əlbəttə ki, bu şəkildə olan hadisə, əfsuslar olsun ki, həm gələcəkdə sosial sığorta ödənişlərinə, işsizlikdən sığorta haqlarına, istehsalat zərəri və peşə xəstəliyi təminatına, beləcə də pensiya kapitalının yığılmasına mənfi təsir göstərir və sistemdə də boşluq yaradır. Biz bütün sahələrdə iş hüquqlarının bərpası və sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibbi sahədə əmək fəaliyyətini və funksiyasını faktiki yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması düşünürəm ki, artıq yolverilməzdir.

Unutmamaq lazımdır ki, həmin şəxslər ailələrin ən yüksək balla tibb universitetini qazanmış, daha sonra da o tibb universitetini qazananlar içərisində ən yüksək imtahanları bacararaq rezidentura proqramına girərək Azərbaycanın hər birimizin canını əmanət elədiyimiz ən böyük xəstəxanalarında Azərbaycan vətəndaşına xidmət edən insanlardır.

Burada əlbəttə ki, yalnız əmək müqaviləsi məsələsi deyil. Həmçinin ayrıca da bir məqamı tibb təhsilində 2011-ci ildən bu tərəfə rezidentura proqramı əmələ gələndən sonra internatura proqramının ləğvi ilə əlaqədar problemdir ki, bugünkü vəziyyətdə də əslində Azərbaycan səhiyyəsində büdcənin 400 dəfə artıraraq son beş il içərisində 800 milyondan 3,7 milyarda çıxan rəqəmlər qarşısında hələ də birinci mərhələli tibbi xidmətdə olan hansısa çatışmazlıqlarmız, insan kapitalının əksiklikləri əslində rezidentura proqramına girməyən insanların internatura proqramına daxil olmamaları səbəbindəndir.

Beynəlxalq səviyyədə onu bildirmək istəyirəm ki, heç bir şəkildə nəzarətli praktiki hazırlıq dövründən, yəni internatura mərhələsindən keçməyən şəxsə insan üzərində hər hansı bir müdaxilə haqqı verilmir. Bu həm də gənclərin gələcəyinə həm də bu sahənin gələcəkdə motivasiyalı bir şəkildə insanlar tərəfindən bu sahəyə olan istəyin azalmasına gətirib çıxara bilər", - deyə o vurğuladı.

Rəşad Mahmudov hesab edir ki, bu, ən başda xəstə təhlükəsizliyinə, həm də dövlətin insan kapitalı siyasətinə ziddir:

"Burada üç təklifimi xüsusilə vurğulamaq istəyirəm. Tibb təhsilində internatura mərhələsinin bərpa olunması və ekvivalent praktik il yaradılması, rezident həkimlərə əmək müqaviləsi icra olunmaq məcburi xarakter daşımalıdır və rezidentura proqramının məzmunu və klinik yük tibb müəssisələrinin real ehtiyacları ilə uyğunlaşdırılmalıdır. Səhiyyənin gücü həkimin gücü qədər ola bilər".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri