Deputat qanunların dilinə etiraz edib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Hər qanun həm də dil faktorudur. Qanunların adı dəqiq olmalıdır. Məsələn, “Tütün və tütün məmulatı haqqında” səhvdir, “Tütün və tütün məmulatları haqqında” olmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Aran deyib.
Deputat bildirib ki, tütün məmulatları çeşid-çeşiddir: “Sonra mikro, kiçik və orta sahibkarlıq nə deməkdir? Mikro elə kiçikdir. Bu sözləri yazanda, görəsən, nəyi nəzərdə tuturlar?
Bizə bu qanunları nəzərdən keçirmək üçün istedadlı dilçi, hüquqşünas və iqtisadçı lazımdır. Milli Məclis onlara maaş verməlidir. Bu qanunları mütləq həmin adamlara göndərib, öz sahələri üzrə düzəlişlər etdirməliyik”.
Sahibə Qafarova isə Səyyad Arana bu məsələləri MM-in şöbə müdiri ilə işçi qaydada müzakirə etməyi məsləhət görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 May 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















