Icma.az
close
up
RU
Deputat qaz limitini ləğvini tələb edir, ekspert isə... 6 qəpiyə başa gələn qzı ikiqat bahasına əhaliyə satırlar

Deputat qaz limitini ləğvini tələb edir, ekspert isə... 6 qəpiyə başa gələn qzı ikiqat bahasına əhaliyə satırlar

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Qaz limiti məsələsi Milli Məclisdə müzakirə olunub.

Mia.az-ın məlumatına görə, deputat Əli Məsimli qaz limitinin ləğvi təklifi ilə çıxış edib.

O qeyd edib ki, dağ kəndlərinin vaxtından əvvəl üzləşdiyi qış mövsümü ilə bağlı çətinliklər əhalini narahat edən məsələdir, havalar tez soyuduğu üçün bəzi yerlərdə əhali qaz təchizatı problemi ilə üzləşir: 

“Limitdən artıq işlədilən qazın tarif qiyməti iki dəfə baha olduğundan bu hal onların maddi vəziyyətinə çox mənfi təsir göstərir. Ona görə də qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını istəyirlər”, - deputat bildirib.

Əli Məsimli vurğulayıb ki, qaz işlədən abonentlərin ümumi sayında limiti keçib, ildə 2500 kubmetr və ondan artıq qaz işlədənlərin payı nisbətən azdır: “Bu əsasda qaz limiti məsələsinə yenidən baxıb, güzəştlər tətbiq olunması dövlət üçün ciddi maliyyə itkisinə səbəb olmayacaq. Əksinə, belə güzəştin tətbiq olunması qaz limiti məsələsi ətrafında artan xətlə gedən narazılığın aradan qaldırılmasına və vətəndaş məmnunluğuna səbəb olacaq. Birinci mərhələdə dağ kəndlərinə münasibətdə qaz limiti məsələsinə yenidən baxıb güzəştlər tətbiq olunmasını, ikinci mərhələdə isə ölkə üzrə qaz və elektrik enerjisi limitinin aradan qaldırılmasını vacib hesab edirik”

Deputatın təklifini Demokrat.az-a dəyərləndirən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycan vətəndaşı qazı maya dəyərinə almalıdır: “Çünki qaz Azərbaycanın sərvətidir, biz onu xaricdən almırıq. Bir kubmetr qazın hasilatı, daşınması hansı qiymətə başa gəlirsə, o qiymətə də almalıdır əhali onu. Bu, Allahın verdiyi sərvətdir, hökumətin sərvəti deyil. 1000 kubmetr qaz bütün xərcləri ilə bir yerdə uzağı 50-60 manat edir. Kubu düşür 6 qəpiyə, amma ikiqat bahasına verilir əhaliyə, o da limitlə. Limit bitəndən sonra qaz olur 20 qəpik. Dünya bazarında bu gün qazın qiyməti baha ola bilər, amma bunun bizə aidiyyəti olmamalıdır, çünki özümüzün qazı var. 

Bütün vətəndaşlar üçün qazın limiti aradan qaldırılmalıdır. Dağ kəndlərinə ümumiyyətlə pulsuz verilməlidir, çünki çox soyuq keçir havalar. Laçın, Kəlbəcər, şimal, qərb rayonlarında. Qazın bölüşdürülməsi üçün qiymət qoyulmalıdır, qəsb etmək üçün yox”.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri