Icma.az
close
up
RU
Deputat: Qərbi Azərbaycanın maddi mədəni irsinin tədqiqi milli yaddaşımızın bərpasına xidmət edir

Deputat: Qərbi Azərbaycanın maddi mədəni irsinin tədqiqi milli yaddaşımızın bərpasına xidmət edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycanın Qərbi Azərbaycandakı tarixi və maddi-mədəni irsinin araşdırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar Azərbaycan xalqının öz tarixi irsinə sahib çıxmaqda, milli-mənəvi dəyərlərini qorumaqda, Qərbi Azərbaycana qayıdışı yalnız siyasi və sosial deyil, həm də elmi əsaslarla reallaşdırmaqda nə qədər qətiyyətli olduğunu bir daha sübut edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mübariz Qurbanlı martın 11-də Sosial Tədqiqatlar Mərkəzində keçirilən “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

M.Qurbanlı bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı fundamental əsərin üçüncü cildi İrəvan, Göyçə, Zəngəzur kimi qədim Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş, lakin erməni millətçiləri tərəfindən sistemli şəkildə məhv edilən irsimizi geniş şəkildə araşdırır. “Bu elmi araşdırma yalnız dağıdılmış abidələrin miqyasını göstərməklə kifayətlənmir, həm də onların tarixi əhəmiyyətini, xalq yaddaşındakı yerini, əfsanələrini və inanc sistemindəki rolunu ortaya qoyur. Tədqiqat zamanı Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrinin dövlət və şəxsi arxivlərindən əldə edilən materiallardan istifadə olunub,” – deyə deputat qeyd edib.

O vurğulayıb ki, bu araşdırmalar tarixi ədalətin bərpasına və milli yaddaşın qorunmasına mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri